Coğrafiya fakültəsi Elmi Şurasının ilk genişləndirilmiş iclası keçirilib
01/10/2018Coğrafiya fakültəsi Elmi Şurasının 2018-2019-cu tədris ilinin ilk genişləndirilmiş iclası keçirilib. Əvvəlcə dekan dosent Şəkər Məmmədova iclasın gündəliyində olan məsələlər barədə ətraflı məlumat verib.
Sonra fakültə Elmi Şurasının sədri dosent İmran Abdullayev fakültənin professor-müəllim heyətini yeni tədris ilinin iş planı ilə tanış edib. Magistr və bakalavr buraxılış mövzularının təsdiqi və çöl tədqiqat praktikasının bölgüsü müzakirə olunduqdan sonra professorlar – Tapdıq Həsənov, Məqsəd Qocamanov, Yaqub Qəribov və Həbibə Soltanova çıxış ediblər. Çıxışlardan sonra yeni tədris ilinə hazırlıq işləri və tədrisinin təşkili haqqında məsələlər müzakirə edilib.
Elmi Şura gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə başa çatıb.
![]() |
![]() |
![]() |
![]() |


