Coğrafiya fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

21/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Fakültə Elmi Şurasının sədri Şəkər Məmmədova iclası açıq elan edərək Elmi Şura üzvlərinə və qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. Dekan, dosent Şəkər Məmmədova şura üzvlərini gündəlik məsələlərlə tanış edib, payız semestrinin imtahan sessiyasının yekunlarına dair ətraflı məlumat verib.

İclasda payız semestrinin imtahan sessiyasının yekunları, yaz semestrinə hazırlıq, tədris və pedaqoji təcrübələrin təşkili, doktorant və dissertantların bir illik fəaliyyətlərinin attestasiyası, bakalavr və magistrantların diplom işlərinin hazırlıq dərəcəsi kimi məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.

Daha sonra doktorant və dissertantların bir illik fəaliyyətlərinin hesabatları dinlənilib.

Professor-müəllim heyətinin gündəlikdəki məsələlərin müzkirəsi ilə Elmi Şura işini davam etdirib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Bookmark and Share