Coğrafiya fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

22/12/2017

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Elmi Şurasının 2017-ci ilin yekunlarına dair iclası keçirilib. Əvvəlcə fakültə dekanı, dosent Şəkər Məmmədova Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda elmi-tədqiqat işlərinin hesabatları, qış imtahan sessiyasına hazırlıq, tədrisin I yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi, eləcə də, digər cari məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib. O, kafedralarda illik hesabatlar üzrə yekun nəticələrdən, doktorantların dissertasiya mövzuları ilə əlaqəli yerinə yetirdikləri elmi-tədqiqat işlərindən bəhs edib.

Daha sonra kafedra müdirləri - professor Tapdıq Həsənov, professor Fərda İmanov, professor Məqsəd Qocamanov, professor Yaqub Qəribov, dosent Həbibə Soltanova, dosent Saleh Nağıyev kafedra hesabatlarını təqdim ediblər.

BDU üzrə elmi hesabatların müzakirəsi üçün yaradılmış komissiyanın sədri professor Vaqif Salmanov çıxış edərək Coğrafiya fakültəsində həyata keçirilən elmi işləri yüksək dəyərləndirib. Elmi işlərin hesabatının qənaətbəxş qiymətləndirilməsi səsə qoyularaq yekdilliklə qəbul edilib.

İclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Bookmark and Share