“Coğrafi tədqiqatlarda gənclərin rolu” mövzusunda konfrans
23/05/201423 may 2014-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Coğrafi tədqiqatlarda gənclərin rolu” mövzusunda bakalavr və magistrantların konfransını keçirmişdir. Konfransda Coğrafiya fakültəsinin dekanı prof. F.Ə.İmanov, Coğrafiya fakültəsi TEC-in sədri Ə.T.Talıbov, təlim-tərbiyə üzrə dekan müavini dos. E.B.Nuriyev, fakültənin professor-müəllim heyəti iştirak etmişdir.
BDU-nun coğrafiya fakültəsinin dekanı prof. F.Ə.İmanov tələbələrin elmi fəaliyyətinin gücləndirilməsi istiqamətində Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi konfransı müsbət hal kimi qiymətləndirdi. Bu işlərin fakültə, eləcə də universitet üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Coğrafiya fakültəsi TEC-in sədri Ə.T.Talıbov çıxışında coğrafi tədqiqatlarda gənclərin roluna, eləcə də onların elmi fəaliyyətinin stimullaşdırılmasına böyük ehtiyac olduğunu bildirdi.
Müxtəlif kafedra müdirləri öz çıxışlarında
Tədbirin sonunda “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin qalibləri mükafatlandırıldı. 5 tələbə müsabiqənin qalibi, daha 5 tələbə isə həvəsləndirici mükafata layiq görüldü.


