“Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar

16/10/2014

Təmiz Şəhər” ASC “EkoReal” təşkilatı ilə birlikdə  Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültələrində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar keçirib. Seminarda “Təmiz Şəhər” ASC-nin “Ətraf mühit və əməyin mühafizəsi” şöbəsinin müdiri Sabit Zeyniyev, “EkoReal”ın direktoru Telman Zeynalov mühazirələrlə çıxış ediblər.

Seminarda çıxış edən Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şəmilov Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması məqsədilə bərk məişət tullantılarının idarə olunmasına dövlət tərəfindən göstərilən qayğıdan, tullantıların səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs edib.

“EkoReal” QHT-nın direktoru Telman Zeynalov bərk məişət tullantılarının təkrar emalı yollarından söz acıb.

ASC-nin gördüyü işlər barədə təqdimatla çıxış edən “Təmiz Şəhər” ASC-nin “Ətraf mühit və əməyin mühafizəsi” şöbəsinin müdiri Sabit Zeyniyev Bərk məişət tullantılarının yandırılması və Bərk məişət tullantılarının çeşidlənməsi zavodları, İçəri Şəhər və Qala qoruğu və Böyük şor gölü ərazisində həyata keçirilən pilot layihələri və görülən digər işlər haqqında ətraflı məlumat verib. Mühazirənin sonunda Balaxanı poliqonunun modernləşdirilməsinə və orada yaradılan yuma-dizinfeksiya məntəqələrinə dair video-çarx nümayiş etdirib.
Məruzəçilər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Bookmark and Share