“Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” layihəsi

18/09/2017

Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR) layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçiriləcək.

Tədbirin məqsədi magistratura səviyyəsində ətraf mühit elmləri sahəsi üzrə ikili dərəcələrin verilməsinin təşviqi və bu sahədə təhsil alan tələbələrə ikili dərəcələrin qazanılması haqqında geniş məlumatın verilməsidir.

Tədbirdə ölkəmizin ali təhsil müəssisələrində “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Coğrafiya”, “Geologiya” və “Biologiya” ixtisasları üzrə təhsil alan 4-cü kurs tələbələri və 1-ci kurs magistrantları iştirak edə bilər.

Tədbir 2017-ci il 25 sentyabr tarixində saat 11.00-dan–14.00-dək Bakı Dövlət Universitetinin dəyirmi zalında (yeni korpus, 1-ci mərtəbə) keçiriləcəkdir.

Bookmark and Share