BDU-nun professoru Dünya Su Şurasının sessiyasında
06/12/2016Fransanın Marsel şəhərində Dünya Su Şurasının 60-cı sessiyası keçirilmişdir. Sessiyada Dünya Su Şurasının İdarə Heyyətinin üzvü “Azərsu” ACS-nin sədri cənab Qorxmaz Hüseynov, həmçinin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə və BDU-nun Hidrometeorologiya kafedrasının professoru Fərda İmanov iştirak etmişlər. Tədbirdə Dünya Su Şurasının işçi qruplarının üzvləri 2016-cı ildə görülmüş işlər haqqında hesabat vermişlər. Eyni zamanda Şuranın növbəti il üçün planlaşdırdığı tədbirlər müzakirə olunmuşdur. Cənab Qorxmaz Hüseynov sessiyanın ilk günündə çıxış edərək Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki hidrotexniki qurğuların, xüsusılə Sərsəng su anbarının bəndinin vəziyyəti və bu su anbarının düzgün istismar olunmaması ilə əlaqədar Azərbaycanın narahatçılığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Sessiyanın axırıncı günü cənab Qorxmaz Hüseynov bir daha çıxış edərək Dünya Su Şurasının növbəti 61-ci sessiyasının Bakıda keçirilməsini təklif etmiş və bu təklif yekdilliklə qəbul olinmuşdur. Qərara alınmışdır ki, 61-ci sessiya Şollar-Bakı su kəmərinin 100 illik yubileyi ilə əlaqədar təşkil olunacaq Beynəlxalq Bakı su həftəsi çərçivəsində 17-18 mart 2017-ci il tarixlərində keçirilsin.
Sonra Azərbaycan nümayəndə heyyəti Budapeşt şəhərində keçirilən Budapeşt Su Sammitinə qatılmışlar. Bir çox ölkə prezidentləri, baş nazirləri və nazirlərinin yüksək səviyyəli panel iclasında Cənab Qorxmaz Hüseynov da iştirak etmişdir. Su Sammiti çərçivəsində elmi konfrans keçirilmiş və sərgi təşkil olunmuşdu.
![]() |
![]() |
![]() |
![]() |


