BDU-nun professor müəllim heyəti ilə Azərkosmos ASC arasında görüş keçirilib

08/05/2019

Azərkosmos ASC və Bakı Dövlət Universitetinin Coğrafiya, Ekologiya və Torpaqşünaslıq, Mexanika-riyaziyyat, Geologiya fakültəsinin əməkdaşlarının görüşü təşkil olunub. Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova tədbir iştirakçılarını salamladıqdan sonra Azərkosmos departamentinin direktoru Nail Mərdanov çıxış edib.

Sonra qrup rəhbəri Aqil Əhmədovun Azərkosmos ASC-nin fəaliyyəti, “Yer səthinin məsafədən müşahidələri xidmətinin təşviqi” müsabiqəsi barədə çıxışı dinlənilib.

Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov, Fiziki coğrafiya kafedrasının müdiri, professor Yaqub Qəribov, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, Yer quruluşu və kadastr kafedrasının müdiri, dosent Teymur Nizamzadə, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı və digər çıxışçılar gələcək əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Görüşün sonunda Ekologiya və Torpaqşünaslıq kafedrasının Coğrafi İnformasiya Sistemləri laboratoriyası ilə tanışlıq olub.

Bookmark and Share