BDU-nun əməkdaşları Beynəlxalq Konfransda iştirak ediblər
06/03/2017Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində “Ekoloji və Ətraf mühit kimyası üzrə 6-cı Beynəlxalq Konfrans” keçirilmişdir. Konfrans Moldova Elmlər Akademiyası, UNESCO, digər Milli və Beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir. Konfransda 20-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak etmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasının müdüri professor Fərda İmanov da iştirak etmişdir. Professor F.İmanov suyun təmizlənməsi prosesində “Yaşıl texnologiya”ların tətbiqinə dair elmi məruzə ilə çıxış etmişdir. Azərbaycan alimlərinin məruzələri iştirakçılar arasında ciddi maraq doğurmuş, Beynəlxalq Layihələrin işlənilməsi üçün əməkdaşlıq təklifləri alınmışdır.
Konfransın yekun iclasında bir qrup iştirakçıya xüsusi medallar təqdim olunmuşdur. Konfrans günlərində Azərbaycan alimləri Moldovada Elmlər Akademiyasının və Universitetlərin rəhbərliyi, Azərbaycan Respublikası Səfirliyinin və Diaspor təşkilatının nümayəndələri ilə görüşlər keçirmiş, Azərbaycan və Moldova arasında elm və təhsil üzrə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunmuşdur.
![]() |


