BDU-nun Coğrafiya fakültəsinin tələbələri Lənkəran və Astarada olublar
17/05/2019Bakı Dövlət Universitetinin 70 nəfərdən ibarət tələbə və magistrantı Lənkəran şəhəri və Astara rayonuna səfər ediblər. Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimləri- c.ü.f.d. Natavan Cəfərovanın və Polad Orucovun rəhbərliyi ilə baş tutan ekskursiya zamanı tələbə və magistrantlar Qızılağac Milli Parkında olublar. Onlar ərazinin təbii-coğrafi şəraiti ilə tanış olub, milli park və burada qorunan canlılar haqqında məlumat alıblar. Ərazinin turizm potensialını oyrənmək və qiymətləndirmək məqsədilə Xəzər sahili ərazilərdə müşahidələr aparıb və bir sıra turizm obyektlərində olublar. 2015-ci ildə istifadəyə verilən Xəzər sahili ərazidə 1km uzunluğunda ərazini əhatə edən, 6 ha ərazidə yerləşən Astara bulvarı, orada qurulan infrastrukturla tanış olublar. Daha sonra tələbələr Astara rayonunun Çayoba kəndində yerləşən “Astaraçay” fabrikindəki istehsal prosesini müşahidə ediblər.
Müəllim və tələbələr “Qızılağac Milli Parkı”; “Astaraçay” fabriki və “Xəzər Palace” Hotelin rəhbərliklərinə səfərin təşkilinə köməklik göstərdikləri üçün xüsusi təşəkkür ediblər.
![]() |


