BDU-nun Coğrafiya fakültəsində seminar keçirilib

27/03/2019

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində baş verən sürüşmə prosesləri və onların həlli yollarına dair maarifləndirici seminar keçirilib.

Fakültənin müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən seminarda Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin rəhbəri professor Vaqif Qasımov, Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova, fakültənin Tələbə Elmi Cəmiyyətinin rəhbəri dosent Əfqan Talıbov və seminar mövzusunun elmi rəhbəri Elnurə Qasımova çıxış ediblər.

Çıxışçılar son dövrlərin aktual coğrafi problemlərinə toxunaraq bu sahədə tədqiqat işlərinin aparılmasının zəruriliyini vurğulayıblar.

Coğrafiya fakültəsinin III kurs tələbələri Mətanət Mehdiyeva, Nərmin Həsənli, Coşğun Eldarov Bakı şəhərində sürüşmə proseslərinin tarixi, antropogen təsirlər; sürüşməyə qarşı müdafiə tədbirləri mövzularında məruzələr ediblər.

Bookmark and Share