BDU-nun Coğrafiya fakültəsində elmi seminar keçirilib

09/12/2019

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Orucov Polad Şəmistan oğlunun “Baki-Tbilisi-Qars Dəmir Yolu Dəhlizinin İqtisadi Əhəmiyyəti və Azərbaycanin Davamli İnkişafına Təsiri” mövzusunda elmi seminar keçirilib. P.Orucov BTQ dəmir yolunun ölkə iqtisadiyyatına və Azərbaycanın davamlı inkişafına təsirindən, bu nəqliyyat dəhlizinin perspektiv imkanlarından danışıb. Tədbirdə iştirak edən fakültənin dekanı, kafedra müdirləri, professor və müəllim heyəti iştirak edib, təklif və iradlarını bildiriblər.

Bookmark and Share