BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib
19/01/2017Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti BDU-nun həyətində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar.
Sonra universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar hadisələrinin müstəqillik ideyasının formalaşmasında böyük rol oynadığını, dinc əhaliyə qarşı törədilən vəhşiliyin Azərbaycan xalqının əzmini qıra bilmədiyini qeyd edib. 20 Yanvar hadisələri zamanı Bakı Dövlət Universitetinin də şəhidlər verdiyini deyən rektor faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını diqqətə çıtdırıb.
Akademik Vasim Məmmədəliyev, şəhid atası, professor İzzət Rüstəmovun 20 Yanvar faciəsi ilə bağlı çıxışlarından sonra tələbələr adından Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi Nigar İbrahimova danışıb. O, bu faciənin gənc nəsillər tərəfindən hər zaman anılacağını billdirib, faciənin yaşatdığı acını ifadə edən şeir səsləndirib.
![]() |
![]() |
![]() |
![]() |


