AZƏRBAYCANIN İNZİBATİ RAYONLARININ COĞRAFİ SƏCİYYƏSİ ADLI VƏSAİT

08/05/2015

Son illər Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatları ildən-ilə yeni nailiyyətlər qazanmaqla geniş imkanlar yaradır. Təhsil islahatları prinsipləri əsasında tələbə gənclərin elmi potensialının inkişafı və şəxsiyyət kimi formalaşması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan bakalavr və magistrlərin müstəqil tədqiqatlar və araşdırmalar əsasında bir sıra elmi-nəzəri və metodik vəsaitlərin hazırlaması və nəşr etdirilməsi müasir elmin ən aktual problemlərindən biridir. Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin, digər ali təhsil müəssisələrinin müvafiq fakültələrinin müəllim və tələbə heyəti və həmçinin müxtəlif coğrafi layihələrdə çalışanlar üçün nəzərdə tutulan “Azərbaycanın inzibati rayonlarının coğrafi səciyyəsi” adlı vəsait bu məqsədlə yazılmış və biliyin yeganə meyar sayılmasının artıq danılmaz həqiqət olduğu müasir dövrdə  bu sahədə yaranmış müəyyən boşluqların aradan qaldırılmasına xidmət edir.
Haqqında bəhs etdiyimiz vəsaitdə respublikamızın coğrafi səciyyəsi, onun hər bir inzibati rayonunun coğrafi təsviri öz əksini tapmışdır.
Bakı Dövlət Universiteti Coğrafi fakültəsinin bakalavr, magistr və doktorantları tərəfindən yazılmış “Azərbaycanın inzibati rayonlarının coğrafi səciyyəsi” adlı vəsait öz məzmununa görə mühüm əhəmiyyət kəsb edir və nəcib arzuların çiçəklənməsinə töhfə olacağına əminlik yaradır.

Redaktorlar:
Dos. Ə.T.Talıbov
R.F.Rəcəbov

Kitab üzərində işləyənlər:
İsmayılova Mənsurə Zəfər qızı-II kurs/magistr
İsmayılov Şəhriyar Sucəddin oğlu/doktorant
Tarverdiyeva Nərgiz Nurəddin qızı-I kurs/magistr
Babayeva Leyla Mehman qızı-4-cü kurs/bakalavr
Qarayeva Esmira Fazil qızı-I kurs/bakalavr
Osmanov Fərid Bəxtiyar oğlu-I kurs/magistr
Novruzova Gülər Akif qızı-4-cü kurs/bakalavr
Zeynalov Fərid Şakir oğlu-4-cü kurs/bakalavr
Əhmədova Şəmsiyyə Ziyad qızı-4-cü kurs/bakalavr
Əliyeva Turanə Mətləb qızı-II kurs/bakalavr
Mamedova Zeynəb Elxan qızı-III kurs/bakalavr
Cəbiyev Eltac Zakir oğlu-III kurs/bakalavr
Hüseynova Nigar Şahin qızı-II kurs/bakalavr
Hüseynli Leyla Rəfael qızı-II kurs/bakalavr
Abbaszadə Fatimə Ədalət qızı-II kurs/bakalavr

Bookmark and Share