“Azərbaycan təbiətini qoruyaq” mövzusunda Seminar

16/03/2022

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Elm günü” ilə bağlı  tədbirlər planına əsasən “Azərbaycan təbiətini qoruyaq”  mövzusunda Seminar təşkil  olunmuşdur.

Seminarda AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru c.e.d. Zakir Eminov “Azərbaycan Respublikasında müasir ekoloji problemlər və onların həlli yolları“, Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasının müdiri c.e.d. Yaqub Qəribov “Landşaftların ekoloji vəziyyətinin tənzimlənməsi“, Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti c.e.n. Tahir İbrahimov “Təbitdən səmərəli istifadə edərək qorunması”, Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının dosenti Ramiz Əhlimanov “Azərbaycan təbiətinin qorunmasının kartoqrafik metodlarla öyrənilməsi” mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrin sonunda  Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri t.e.d. Məqsəd Qocamonov, Hidrometeorologiya kafedrasının dosenti İmran Abdullayev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri c.e.n. Həbibə Soltanova və digərləri təklif etdilər ki, təşkil olunacaq seminarlara aidiyyatı dövlət qurumları dəvət olunmalıdır.

Bookmark and Share