Orucov Polad Şəmistan oğlu
İş telefonu: + (994) 12 438 11 58
e-mail: porucov@bsu.edu.az
QISA BİOQRAFİK MƏLUMAT
1987-ci il yanvarın 17-da Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1993-2004-ci illərdə Bakı şəhəri, Nizami rayonu, 129 saylı orta məktəbdə almışdır. Evlidir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 2004-2008-ci il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Coğrafiya ixtisası, bakalavr.
- 2009-2011-ci il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, İqtisadi və sosial coğrafiya kafedrası, Ərazi Planlaşdırılması və Rayon Planaalması ixtisası, magistr.
- 2015-2019-cu il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, İqtisadi və sosial coğrafiya kafedrası, İqtisadi coğrafiya ixtisası
- 2013-2014-ci il, Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş 8 aylıq təlim kurslarında tyutor, Rəqəmsal sertifikat fərqlənmə A
- 2018, Bakı Dövlət Universiteti, pedaqoji təlim kursları, sertifikat
ƏMƏK FƏALİYYƏTİ
- 2008-2009-cu illər Hərbi xidmət.
- 2014-2016-cı illər, BDU, Coğrafiya fakültəsində tyutor (Boloniya prosesi üzrə akademik məsləhətçi)
- 2015-ci il noyabr ayından BDU, Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında 0.5 ştat müəllim
- 2016-cı il oktyabr ayından BDU, Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında tam ştat müəllim
Apardığı dərslər: İqtisadi coğrafiya, Qafqazın coğrafiyası,
TƏDQİQAT SAHƏSİ
- Trans kontinental nəqliyyat dəhlizləri, nəqliyyatın qlobal iqtisadi inteqrasiyaya təsiri, regiondan keçən nəqliyyat dəhlizləri və onların Azərbaycanın, Türkiyənin və Gürcüstanın qarşılıqlı iqtisadi inteqrasiyasına təsiri
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2015 Bakı, Doktorantların və gənc tədqiqatçıların XX Respublika Elmi konfransı.
- 2011 Bakı, Ulu öndər,ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-cu il dönümünə həsr olunmuş magistrant və bakalavrların XIV elmi konfransı
- 2009 Bakı, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Q.K.Gülün anadan olmasının 100 illik yubileyinə həsr olunmuş magistrant və bakalavrların XIII elmi konfransı.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2018 Azərbaycanin iqtisadi təhlükəsizliyinin təmin olunmasinda nəqliyyat kompleksinin əhəmiyyəti
- 2016 Azərbaycan Respublikasında dəmir yolu kompleksinin beynəlxalq iqtisadi inteqrasiyada rolunun coğrafi təhlili
- 2015 Yeni Bakı Beynəlxalq Dəniz ticarət limanının Azərbaycan üçün əhəmiyyəti
- 2011 Şəki-Zaqatala regionunda infrastrukturun müasir vəziyyəti və perspektivləri
- 2009 Dövlət proqramlarına əsasən Şəki-Zaqatala regionunda kənd təsərrüfatınn inkişaf etdirilməsinin coğrafi məsələləri


