Əliyeva Leyla Fikrət
Bakalavr: SDU, Coğrafiya fakültəsi, coğrafiyaçı,coğrafiya müəllimi ixtisası
Magistr: BDU, Coğrafiya fakültəsi, Ərazi planlaşdırılması və rayon planalınması ixtisası
İş telefonu: +(994) 12 539-00-89
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
1989-cu ildə martın 7-də Sumqayıt şəhərində anadan olub, 1995-cu ildə Sumqayıt şəhər 3 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Müəyyən səbəblərdən təhsilini 1996-cı ildən Sumqayıt şəhər 23 saylı tam orta məktəbdə davam etdirib. 2006-cı ildə orta məktəbi bitirib.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2006-2010-cu il, Sumqayıt Dövlət Universiteti Coğrafiya fakültəsi, coğrafiyaçı, coğrafiya müəllimi ixtisası, bakalavriat pilləsi, bakalavr.
2011-2013-cü il, Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi, Ərazi planlaşdırılması və rayon planaalınması ixtisası, magistratura pilləsi, magistr.
2016-ci il, Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş 8 aylıq təlim kurslarında tyutor, Rəqəmsal sertifikat fərqlənmə A
2017-2020-ci il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, İqtisadi və sosial coğrafiya kafedrası, İqtisadi coğrafiya ixtisası, dissertant.
ƏMƏK FƏALİYYƏTİ
2013-2015-ci illər Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialı, coğrafiya müəllimi
2014-cü ildən Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, İqtisadi və sosial coğrafiya kafedrasında saathesabı müəllim.
2016-cı ildən Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Tyutor (Boloniya prosesi üzrə akademik məsləhətçi)
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2009, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında “Azərbaycan coğrafiyası” üzrə III yerə layiq görülmüşdür.
2012, Bakı, Qloballaşma və Coğrafiya. Prof. M.A.Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans
2012, Bakı, Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 40 illikyubileyinə həsr olunmuş XXI əsr: Geodeziya və Kartoqrafiya elmində innovasiyalar” mövzusunda Elmi praktik konfrans.
2013, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialı tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş “Təhsildə fəlakət riskinin azaldılması” mövzusunda seminar.
2013, Bakı, Ulu Öndər H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Elmi konfrans
2014, Sumqayıt, “Ekologiya və Həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Elmi Konfrans
2015, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə keçirilən gənc alimlər, doktorantlar, magistr və mütəxəssislərin “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda Elmi-praktik konfrans.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
“Qloballaşma şəraitində Sumqayıt şəhərində sənaye sahələrinin inkişaf perspektivləri”. Qloballaşma və Coğrafiya. Prof. M.A.Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans materialları, Bakı- 2012, səh.708-710
- “Sumqayıt şəhərində sənaye komplekslərinin müasir vəziyyətinin təhlili”. Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 40 illikyubileyinə həsr olunmuş XXI əsr: Geodeziya və Kartoqrafiya elmində innovasiyalar” mövzusunda Elmi praktik konfrans. Bakı-2012, səh.361-363
- “Sumqayıt şəhərinin inkişafı haqqında Dövlətin regional siyasəti”. Ulu Öndər H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Elmi konfrans. Bakı-2013, səh.122-124
- “Sumqayıt şəhərinin ekoloji problemləri və onların aradan qaldırılması yolları”. “Ekologiya və Həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye ili”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq Elmi Konfrans. Sumqayıt-2014, səh.173-175
- “Azərbaycanın su ehtiyatları: Səmərəli istifadə və inteqral iadrəolunma problemi”. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə keçirilən gənc alimlər, doktorantlar, magistr və mütəxəssislərin “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda Elmi-praktik konfarns. Bakı-2015, səh.42-44
- “Müstəqillik illərində coğrafiyada CİS sisteminin tətbiqi”. Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı mövzusunda Respublika Elmi konfransının materialları. Sumqayıt-2016, 13-14 oktyabr,səh.245-246


