Şəmilova Aytac Namiq qızı
Bakalavr: BDU, Coğrafiya fakültəsi, Coğrafiya ixtisası
Magistr: BDU, Coğrafiya fakültəsi, İqtisadi və Sosial coğrafiya kafedrası, Ərazi planlaşdırılması və rayon planaalması ixtisası.
E-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
1993-ci il martın 29-da Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. Orta təhsilini 1999-2010-cu illərdə Bakı şəhəri, Xətai rayonu, 165 saylı orta məktəbdə almışdır. Subaydır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2010-2014-ci il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Coğrafiya ixtisası, bakalavr.
2014-2016-ci il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, İqtisadi və sosial coğrafiya kafedrası, Ərazi Planlaşdırılması və Rayon Planaalması ixtisası, magistr.
2015-2016-ci il, Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş 8 aylıq təlim kurslarında tyutor, Rəqəmsal sertifikat fərqlənmə A
ƏMƏK FƏALİYYƏTİ
2016-cı il oktyabr ayından BDU, Coğrafiya fakültəsində tyutor (Boloniya prosesi üzrə akademik məsləhətçi
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. .” Gəncə-Qazax iqtisadi rayonunda ərazi layihələndirilməsində təbii fəlakət riskləri” mövzusunda məqalə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-illiyinə həsr olunmuş magistrant və bakalavrların XXI Elmi Konfransı.
2.” Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının perspektiv inkişafı üzrə layihələrdə klaster metodunun tətbiqi istiqamətləri” mövzusunda məqalə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-illiyinə həsr olunmuş magistrant və bakalavrların XXII Elmi Konfransı
3. “Gəncə-Qazax iqtisadi rayonunda sənaye zonalarının planlaşdırılmasının coğrafi xüsusiyyətləri” mövzusunda məqalə, Doktorantların və Gənc tədqiqatçıların XX Respublika Elmi konfransı.


