TƏLƏBƏ HƏYATI
BDU-da tələbələrin ictimai həyatda iştirakını və asudə vaxtlarının səmərəli keçməsini təşkil etmək üçün bir sıra təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlardan Tələbə Elmi Cəmiyyəti, Tələbə-Gənclər təşkilatı, Azad Tələbə Həmkarlar ittifaqı Komitəsi daha fəaldırlar. Digər fakültələrdə olduğu elmi, coğrafiya fakültəsinin tələbələri də Universitetin ictimai və siyasi həyatında fəal iştirak edirlər.
Fakültə tələbə həmkarlar təşkilatının sədri Abdulalimov Asif Şaiq oğludur.
Bunlardan fakültə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə aşağıdakılar daxildir:
- Tələbələrin elmi fəaliyyət marağının artması ilə bağlı tədbirlər.
- İntellektual oyunların təşkili
- Respublika fənn olimpiadalarında tələbələrin iştirakının təmini.
- Fakültədaxili yarışların keçirilməsi
- Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi.
- Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmin edilməsi.
- Konfrans materiallarının (topluların) nəşr edilməsi.
Tələbə-Gənclər təşkilatı
Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixi 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi iıə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində də Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Təşkilatın idarə heyətində sədr, sədrin müavinləri və aktiv üzvlər də daxil olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.
Fakültə Tələbə-Gənclər təşkilatının fəaliyyətinə aşağıdakılar daxildir:
- Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi
- Tələbələr arasında maarifləndirmə işlərinin aparılması
- Tələbələrin idmanın müxtəlif növlərinə aid təşkil edilən universitet, ali məktəblər arası Respublika olimpiadalarında iştirakı.
Fakültə Azad Tələbə həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə aşağıdakılar daxildir:
- Tələbələrin sosial problemlərinin həlli
- Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi
- Tələbələrin nizam-intizamının möhkəmləndirilməsi, dərsə davamiyyət, yataqxana ilə təminatı məsələləri.
Fəal tələbələrin elmi və təşkilatı fəaliyyəti-ali məktəb tələbələrinin Respublika fənn olimpiadalarında, Azərbaycan coğrafiyası üzrə keçirilən olimpiadalarda və Tələbə Elmi Cəmiyyətinin xətti ilə təşkil edilən konfranslarda iştirakları təmin olunur.


