İQTİSADİ VƏ SOSİAL COĞRAFİYA

İqtisadi və sosial coğrafiya” kafedrasının əsası 1960-cı ildə prof. Ə.M.Hacızadə tərəfindən qoyulmuşdur. Təşkil olunduğu gündən kafedra Respublikada iqtisadi və sosial coğrafiya sahəsində mühüm tədris-elmi və yüksək ixtisaslı kadr hazırlığı mərkəzinə çevrilmişdir. Daimi yenilənən kafedranın qarşısında duran əsas vəzifələr iqtisadi və sosial coğrafiyaın ümumi və regional sahələr üzrə tədris olunan kursların nəzəri-metodiki əsasları və konstruktiv istiqamətlərini yeni şəraitin tələblərinə uyğunlaşdırmaq, Azərbaycanda regionaların sosial-iqtisadi inkişafı Dövlət Proqramları, ayrı-ayrı təsərrüfat sahələri üzrə hazırlanmış strateji yol xəritələrinin əhəmiyyəti və iqtisadi coğrafi potensialın tədqiqidir.

Kafedra müdiri.Coğrafiya elmləri doktoru, professor Çingiz Niyazı oğlu İsmayılov 1978 –ci ildən kafedrada işləyir. C.İsmayılov 2019-ci ildən kafedra müdiri vəzifəsində çalışır. O, 200-dən çox elmi əsərin, o çümlədən 15 monoqrafiya və dərsliyin müəllifidir. Prof. Ç.İsmayılov Exxon Mobil neft şirkətinin sifarişilə 3 kitabnəşr etmişdir.

Prof.Ç.İsmayılov 2004-cü ildə “Xəzəryanı regionda neftqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. O, 90-nan çox beynəlxalq elmi simpozium və konfransalarda çıxış etmiş və bir çox xarıcı ölkələrdə məqalələri çap olunmuşdur. AB-nin Rec Qafqaz, ABŞ-ın National Geographical Society, Gerson Lehrman Group (USA), Central Eurasian Studies Society(USA), Association of European Schools of Planning (EU) və digər beynəlxalq təşkilatların üzvüdür.

Prof. Babaxanov N. Azərbaycanda təbii fəlakətlərin iqtisadi-coğrafi baxımdan öyrənən ilk alimlərdən biridir. O bu sahədə 9 elmlər namizədi yetişdirmiş və maraqlı elmi-tədqiqat işlərin müəllifidir.Bu mövzuya həsr olunmuş bir çox monoqrafiya və dərsliklərin müəllifidir.

2007-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş prof.T.Həsənov Azərbaycanın iqtisadi rayonlaşdırılması sahəsində tədqiqatlar aparır.

Hal hazırda kafedrada 3 professor, 3 coğrafiya üzrə fəlsəfə doktoru, 1 müəllim və 1 laborant çalışır. Kafedra əməkdaşlarının Azərbaycanın və müxtəlif xarici ölkələrin nüfüzlu jurnallarında, o cümlədən “Thomson Reuters” kateqoriyalı jurnallarda çox sayda elmi məqalələ və tezisləri mütamadi olaraq çap olunur.
Kafedrada bakalavr piləsində 12, magitraturada isə 2 ixtisaslaşmada: “İqtisadi və sosial coğrafiya” və “Ərazi planlaşdırılması və rayon planaalınması” ümumilikdə 20 fənn tədris olunur.

Kafedra ilə xarici ölkələrin Almaniyanın, Türkiyənin, Rusiyanın, Qazaxstanın, İranın universitetləri arasında əlaqələri inkişaf etməkdədir.

Bookmark and Share