İsgəndərov Sabir Məhəmməd oğlu

Texnika elmləri namizədi ,dossent
İş telefonu: +(994) 12 439 05 01

QISA BIOQRAFIK MƏLUMAT

1941-ci il iyunun 10-da Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1948-1959-ci illərdə Faxralı kənd orta mək­təb­ində oxuyub. 1960-1965 -ci illərdə Azərbaycan Politexnik İnstitutununda təh­sil alıb 1975-cı ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

  • 1982-ci ildən dossent
  • 1973, t.e.n.,“Çay axımının mürəkkəb növ tənzimlənməsinin bəzi məsələlərinin tədqiqi“
  • 1969-1972-ci illərdə aspirant, Moskva Hidromeliorasiya İnstitutu
  • 1960-1965, tələbə, Azərbaycan Politexnik İnstitutu

ƏMƏK FƏALİYYƏTİ

  • 1965-1966, mühəndis, Su problemləri, ET İnstitutunda,
  • 1966-1969, mühəndis, Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda
  • 1969-1972, kiçik elmi işçi, Moskva Hidromeliorasiya İnstitutunda, ETB
  • 1972-1975, baş elmi işçi, Su problemləri, ET İnstitutunda
  • 1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq Hidrologiya kursunu bitirmişdir.
  • 1972-1982, baş müəllim, BDU, Hidrometeorologiya kafedrası, Coğrafiya fakültəsi, BDU
  • 1982-ci ildən Hidrometeorologiya kafedrasında dossent, Coğrafiya fakültəsi, BDU
  • Apardığı dərslər; Hidrometriya və təhlükəsizlik texnikası, Hidrotexnikanın əsasları, Hidrologiyada çöl tədqiqatları, Təhlükəli hidrometeoroloji hadisələr, Sel daşqınları nəzəriyyəsi, Hidrometeorologiyanın tarixi və metodologiyası,
  • 100-ə qədər elmi məqalənin müəllifidir.

TƏDQİQAT SAHƏSİ

  • Coğrafiya, Hidrometeorologiya , Su ehtiyatları və ondan səmərəli istifadə, Su təsərrüfat hesablamaları

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2017, “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” Beynəlxalq elmi-praktiki konfransı
  • 2014, R.X.Piriyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans
  • 2014, II Xəzər Beynəlxalq Su texnologiyaları konfransı
  • 2013, “Fiziki coğrafiya” kafedrasının 70 və “Hidrometeorologiya” kafedrasının 40 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı
  • 2012, Prof.M.Müseyibovun 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans
  • 2012, Akademik H.Əliyevin 105 illik yubileyinə hərs olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” II Beynəlxalq elmi konfrans
  • 2012, “XXI əsr: Geodeziya və kartoqrafiya elmində innovasiyalar” mövzusunda keçirilən Respublika Elmi-praktik konfransı
  • 2011, “XXI əsrin ekocoğrafi çağırışı və Azərbaycan” mövzusunda Respublika Elmi Konfransı
  • 2009, “Azərbaycan müasir ekoloji şəraitinin dəyişməsində antropogen amilin rolu”, Bakı Dövlət Üniversitetinin 90 illiyinə həsr olunmuş konfrans
  • 2008, Bakı, Azərbaycan; Prof. M.Ə.Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Ekstremal hidrometeoroloji hadisələrin qlobal və regional problemləri” elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyətin problemləri”Beynəlxalq elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Prof.M.A.Müseyibovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans
  • 2005, Bakı, Azərbaycan; Coğrafiya fakültəsinin 60 illiyinə həsr olunmuş elmi konfrans
  • 2003, Bakı, Azərbaycan;YUNESKO “Beynəlxalq Su gününə” həsr olunmuş Elmi-Praktiki ronfrans
  • 2003, Bakı, Azərbaycan; Su ehtiyatları: Problemlər, perspektivlər mövzusunda Elmi-Praktiki ronfrans

SEÇİLMİŞ ƏSƏRLƏRİ


  • 2017, Kür çayı axımının tənzimlənməsinin balıqçılıq təsərrüfatına təsiri
  • 2017, Kiçik Qafqazın şimal-şərq yamacı çaylarında daşqınlarında formalaşma şəraiti
  • 2016, Təhlükəli hidrometeoroloji hadisələr
  • 2016, İqtisadi hidrometeorologiya
  • 2015, Kənd təsərrüfatı bitkilərinin becərilməsinə təsir edən aqrometeoroloji və meliorativ şərait
  • 2014, Çay hövzəsinin hipsoqrafik əyrilərinin qurulması
  • 2014, Arid iqlim şəraitində su anbarlarının lillənmə rejimi
  • 2013, Ceyranbatan su anbarının optimal iş rejiminin tədqiqi
  • 2012, Влагообеспеченность сельской хозяйственных культур в Куба-Хачмазской зоне
  • 2012, Su təsərrüfatı tədbirlərinin ətraf mühitə ekoloji təsiri
  • 2012, Su anbarlarının lahiyələndirilməsində topoqrafik xarakteristikaları
  • 2012, Qusarçay hövzəsində təhlükəli daşqınlar və sahil bərkitmə işləri
  • 2012, Kür çayının mənsəb hissəsində gətirmələr axımı rejiminin tədqiqi
  • 2012, Kiçik Qafqaz Təbii vilayətində yerli axımdan suvarmada istifadə
  • 2012, Göllərdə və su anbarlarında xüsusi müşahidə tədqiqatları
  • 2011, Lənkəran təbii vilayətində çay axımının formalaşmasına landşaftların təsiri
  • 2011, Kür çayının Mingəçevirdən aşağıda və deltasında hidroloji rejim xüsusiyyətləri
  • 2010, Landşaft komponentləri göstəricilərinin təsərrüfat əhəmiyyəti (Kiçik Qafqaz timsalında)
  • 2009, Yağıntı və axımın bərabərliyinin təyini
  • 2009, Yağıntı və axım arasında əlaqənin təhlili
  • 2009, Qanıx çayı hövzəsində selin yaranma xüsusiyyətləri və ona qarşı mübarizə tədbirləri
  • 2007, Şirvan çaylarının asılı gətirmələr axımı.
  • 2007, Kür-Araz ovalığının qrunt suları və onun səviyyəsinin tənzimlənməsi.
  • 2007, Kür-Araz ovalığında suvarma suyunun keyfiyyətinə olan tələbat.
  • 2006, Son illərin məlumatlarına əsasən respublikanın çay suyu ehtiyatlarının qiymətləndirilməsi.
  • 2006, Muğan regionunun təbii təsərrüfat şəraiti və su ehtiyatlarından səmərəli istifadə problemləri.
  • 2006, Xəzər dənizinin səviyyə dəyişmələrinin xarakteri.
  • 2005, Suvarılan torpaqlarda hidrometeoroloji təminat.
  • 2003, Suvarılan torpaqlarda kənd təsərrüfatı bitkilərinin optimal rütubətlənmə şəraiti.
  • 2003, Kür-Araz ovalığında suvarmanın qrunt suları rejiminə təsiri.

KİTABLAR

  • 2016, Təhlükəli hidrometeoroloji hadisələr - fənn proqramı
  • 2016, İqtisadi hidrometeorologiya - fənn proqramı

Bookmark and Share