Geodeziya ixtisası üzrə doktoranturaya qəbul imtahanının proqrami
Ön söz
2504.01- “Geodeziya” ixtisası üzrə doktoranturaya qəbul imtahanı proqramının əsasını aşağıdakı ali məktəb fənləri təşkil edir: Geodeziya, geodeziya ölçmələrinin riyazi hesablanması nəzəriyyəsi, Ali geodeziya, Padiogeodeziya və elektpooptik ölçmələr, Qravimetriya, tətbiqi geodeziya, Geodezik astronomiya, Kosmik geodeziya, Geodeziya istehsalatının iqtisadiyyatı.
GİRİŞ
1.Geodeziyanın tarixi inkişaf yolu, predmenti və əsas elmi vəzifələri.
Geodeziya metodlarinin Yerin bir planet kimi öyrənilməsində, kosmik fəzanın mənimsənilməsində, günəş sisteminin öyrənilməsində və təsərrüfat əhəmiyyətli məsələlərin həllində rolu.
Rus və Azərbaycan alimlərinin geodeziya elminin və təcrübəsinin inkişafinda rolu.
2. Yerin formasi və onun xarici pravitasiya cahəsi
Yerin forması haqqında əsas anlayışlar və onun öyrənilmə metodları.
Qravitasiya sahəsinin öyrənilmə metodları.
Molodenski nəzəriyyəsi haqqinda anlayış.
Normal yer modeli, ümumi yer ellipsoidi.
Ağırlıq qüvvəsi istiqamətinin meyl etməsi. Nivelir yüksəklikləri sistemləri. Yüksəklik anomaliyası. Ağırliq qüvvəsi anomaliyası. Astronomik və astronomik - qravimetrik nivelirləmə.
Fundamental geodezik sabitlər, onların təyin edilmə və dəqiqləşdirilmə metodları. Yerin forması və xarici qravitasiya sahəsi haqqinda müasir məlumatlar.
Astronomogeozik, qravimetrik, peyk müşahidələri, uzunbazisli radiointerferometriya və isıq lokasiyası metodlarindan və xarici qravitasiya sahəsi və onun zamandan asılı dəyişmələrinin öyrənilməsində istifadə imkanları və tətbiqi yolları. Yer qabığınin lokal hərəkətlərinin öyrənilməsində geodezya metodları. Ağırlıq qüvvəsi dəyişmələrinin öyrənilməsi.
3.Referens ellipsoid , reduksiya problemi.
Koordinat sistemləri. Referens-ellipsoidin ölçülərinin təyini. Geodeziya koordinat sisteminin cəhətləndirilməsi. Başlanğıc geodezik məlumatlar.
Geodeziyada reduksiya probleminin mahiyəti. Bucaq və xətti ölçmələrin hesablanmasinda ağırlıq qüvvəsinin meyletməsi və yüksəklik anomaliyasinin nəzərə alınması.Reduksiya probleminin həllində astronomik təyin etmələrin və qravimetrik planalmaların rolu.
Ellipsoid səthində geodezik məsələlərin həlli.
Geodeziyada tetbiq olunan yer ellipsoidindən müstəviyə keçid proeksiyalari. Geodezik proyeksiyalara qoyulan tələblər.
4.Dəqiq astronomiya-geodezik və qravımetrik ölçmələr. Dayaq geodeziya və qravimetriya şəbəkələri.
Dayaq geodeziya şəbəkələrinin yaradılmasının əsas metodları və onların dəqiqliyinin qiymətləndirilməsi. Dövlət geodeziya şəbəkəsinin qurulmasının proqram və sxemi, onun elmi-texniki əsaslandırılması. Geodeziya şəbəkələrinin dəqiqliyinin qiymətləndirilməsi metodları.
5. Geodeziya şəbəkələrində astronomik təyin etmələrinin proqramı.
Astronomik enlik, astronomik uzunluq və astronomik azimutun təyin edilməsi metodları. laplasın azimutları, onların təyinatları və dəqiqliyi. Astronomik təyinetmələrdə səhvlərin mənbəyi və onlarin təsirinin zəiflədilməsi metodları.
Geodezik astronomiyada tətbiq olunan vaxt və koordinat sistemləri. Qütbün hərəkətinin öyrənilməsi xidməti və müşahidələri xidməti. Astronomik müsahidələrin yerin orta qütbünə gətrilməsi məsələləri.
Quruda və dənizdə ağırlıq qüvvəsinin mütləq və nisbi təyin edilməsi metodları və onların nəticələri haqqinda anlayışlar. Dayaq qravimetriya şəbəkəsinin qurulmasının sxemi və proqramı. Ölçmə nəticələrinin dəqiqliyi. Geodeziya və gefizika məsələlərinin həllində qravımetrik məlumatlarin rolu.
Dayaq Geodeziya şəbəkələrində müasir bucaq ölçmə metodları. Bucaq ölçmələri nəticələrin dəqiqliyi və səhv mənbələri. Azimutal təyin etmələrə və bucaqölçmə nəticələrinə yandan refeksiyanın təsirinin zəiflədilməsi yolları və metodları.
Geodeziya şəbəkələrində xətti ölçmə metodları. Uzunluq etalonları, müasir işıq və radioməsafəölçənlər, onların təsnifatı. Ölçmələr metodikası. Radio və işıq məsafəölçənlərində səhv mənbələri. Onların təsirinin azaldılması. Geodeziya ölçmələri zamanı işığın interferensiyasından istifadə. Su hövzələrində geodeziya işləri, onların təyinatı, texniki vasitələri və metodları.
6. Kosmik geodeziyanın metodları.
Geodezik məqsədlərlə istifadə olunan Yerin Süni Peykləri (YSP). YSP orbiti nəzəriyyəsinin elementləri. Peyk geodeziyasında vaxt və koordinat sistemləri. Yerin sünii peyklərinin fotoqrafik müşahidə üsulları. Peyk məsafəölçmə sistemləri. YSP- lərin radiotexniki müşahidə metodları. Peyk radioyüksəklik ölçmələri.
7. Nivelirşəbəkələrininqurulması
Yüksəkdəqiqlikli nivelirləmənin əsas elmi vəzifələri. Nivelir şəbəkəsinin qurulmasının proqramm və sxemi. Yüksəkdəqiqlikli nivelirləmə gedişlərinin qravimetrik təminatı. Nivelirləmə üsulları və alətləri. Nivelirləmədə səhv mənbələri və onların təsirinə qarşı mübarizə üsulları. Dağlıq, şəhər və sənaye obyektləri rayonunda yüksək dəqiqlikli nivelirləmə işlərinin xüsusiyyətləri. Nivelirləmənin dəqiqliyinin qiymətləndirilməsi üsulları.
Triqonometrik nivelirləmə yüksəklik geodeziya şəbəkəsinin yaradılması üsulu kimi. Triqonometrik nivelirləmədə səhv mənbələri. Yer planetinin refreksiyası və onun təsirinin zəiflədilməsi üsulları.
8. Tətbiqigeodeziyaüsulları
Mühəndisi geodeziya işlərinin xüsusiyyətləri və onların əsas növləri.
Ərazidə tikilinin yerinin seçilməsinə qoyulan tələblər. Xətti və sahəvi tikinti üçün mühəndisi - geodezik axtarışlar. Tikili ərazilərin geodezik planalma metodları. Yeraltı kommunikasiyaların plana alınması. Bölmə işlərinin nəzəriyyəsi: Tikinti konstruksiyasının və texnoloji avadanlıqların quraşdırılması və layihə vəziyyətinə gətirilməsi. İcraedilmə plana almaları.
Sürüşmə, bünövrənin çökməsi və mühəndis qurğuların deformasiyası üzrə geodezik müşahidələr. Mühəndis-tikinti işlərində fotoqrammetrik metodlar.
Mühəndis-geodezik dayaq şəbəkəsi. Xüsusi trianqulyasiya. Şəbəkələrin tipik sxemləri. Şəbəkələrin layihələrinin dəqiqliyinin qiymətləndirilməsi. Tarazlaşdırma xüsusiyyətləri.
Tikinti toru, onların yaradılması, tarazlaşdırılması və dəqiqliyinin qiymətləndirilməsi metodları. Dəqiq mikrotrianqulyasiya. Yüksəklik şəbəkələri.
Nəşriyyat, hidrotexniki, mülkü və sənaye qurğularının tikintisində geodeziya işləri. Yüksək dəqiqəlikli qurğuların tikintisi və istismarı zamanı yerinə yetirilən yüksəklik mühəndis-geodeziya işləri.
9. Ərazininböyükmiqyaslıtopoqrafikplanalmasıüçüngeodeziya
əsaslarının yaradılması
Su hövzəsinin topoqrafik planalmasının məqsəd və üsulları. Məhəllin iri miqyaslı topoqrafik planalmasının təyinatı, xəritə və planların dəqiqliyi. Böyük miqyaslı topoqrafik planalmanın plan və yüksəklik planalma əsaslarının yaradılmasının alət və üsulları. Relyefin kəsiminin və xəritənin miqyasının seçilməsi. Böyük miqyaslı topoqrafik planalmanın müasir metodları. Yerüstü planalmanın avtomatlaşdırılmasının üsul və cihazları. Relyefin rəqəm modeli. Məlumatlar bankı.
10. Geodeziyaölçmələrininriyazihesablanmasımetodları.
Ölçmə səhvləri nəzəriyyəsinin əsas anlayış və postulatları. Ölçmələrin sistematik və təsadüfi səhvləri. Bərabər və qeyri-bərabər dəqiqlikli ölçmələr. Ölçmə çəkisi anlayışı. Ölçülmüş kəmiyyətlər funksiyası haqqında anlayış və onun dəqiqliyinin qiymətləndirilməsi.
Bir-birindən asılı və asılı olmayan ölçmələr. Dispersion və korrelyasion təhlil üsulları haqqında anlayışlar. Ölçmələrin işlənməsi və təhlilinin ehtimalı-statistik üsulları. Təsadüfi funksiyalar nəzəriyyəsi haqqında anlayış və onun ölçmələrin hesablanmasına tətbiqi.
Ən kiçik kvadratlar metodu. Həndəsi şərtlərlə əlaqəli olan ölçmələrin tarazlaşdırılması. Tarazlaşdırmanın parametrik üsulu. Asılı ölçmələr üçün tətbiqdə ən kiçik kvadratlar metodu. Tarazlaşdırılmış kəmiyyətlər funksiyalarının dəqiqliyinin qiymətləndirilməsi metodları. Böyük ölçülü xətti cəbri tənliklər sisteminin həlli metodları.
Plan geodeziya şəbəkələrinin tarazlaşdırılması metodları. Astropomik geodeziya şəbəkəsinin tarazlaşdırılması metodları. Nivelir şəbəkələrinin tarazlaşdırılması.
11. Topoqrafiya-geodeziyaişlərininplanlaşdırılması, təşkilivəiqtisadiyyatıhaqqındaəsasməlumatlar.
ƏDƏBİYYAT
- Абалакин В.К., Краснорылов И.И., Плахов Ю.В. Геодезическая астрономия и астрометрия. Справочное пособие -М.: Картгеоцентр – Геодеиздат, 1996 , 435 с.
- Варанов В.Н., Бойко Е.Г., Краснорылов И.И. и др. Космическая геодезия м.: 1996, 144с
- Бойко Е.Г. Высшая геодезия. Частъ II. Сферическая геодезия – М.: Картгеоцентр – Геодеиздат, 2002 , 144 с.
- Болъшаков В.Д., Деймлих Ф., Василъев В. П., Голубев А.Н. Радиогеофизические и электрооптические измерения – М., Недра, 1985.
- Брыкин П.А. Организация, планирование и управление геодезическим производством – М., Недра, 1986.
- Qocamanov M.H., Bağmanov Z.A. Geodeziya ölçmələrinin riyazi hesablanması. Ali məktəblər üçün dərslik. - Bakı: - BDU nəşriyyatı, 2000, 176 s.
- Красовский Ф.Н. Избранные сочинения.т. IV-М.:Геодездат, 1965, 57 с.
- Левчук Г.П,, Новак В.Б., Конусов В.К. Прикладная геодезия – М.: Недра, 1981.
- Маркузе Ю.М., Бойко Е. Ф., Голубев В.В. Геодезия.Справочное пособие-М.: Роскартографя, 1994,432 с.
- Огородова Л.В. Высшая геодезия. Теоретичеслфя геодезия. Учебник для вузов- М.: Геодезкартиздат,2006, 386 с.
- Огородова Л.В., Тимбирев Б.П., Юзефовия А.П. Гравиметрия – М.: Недра, 1978,323с
- Пеллинен Л.П. Высшая геодезия. М.: Недра,1978, 264с
- Яковлев Н.В, Высшая геодезия - М.:Недра, 1989, 455с.


