İbrahimov Tahir

Ibrahimov Tahir Fiziki coğrafiya kafedrasının dosent
İş telefonu:439-04-19 QISA BIOQRAFIK MƏLUMAT

İbrahimov Tahir Oruc oğlu 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Çil kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1964-cü ildə Ardanış kənd orta məktəbinin on birinci sinfini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya
fakültəsinin coğrafiya biologiya şöbəsinə daxil olmuşdur.1969-cu ildə həmin fakültəni bitirmiş, coğrafiyaşünas-biologiyaşünas, coğrafiya və biologiya müəllimi ixtisası almışdır.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
  • 1990-cı ildə «Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək
    coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.Ali ,coğrafiya elmləri namizədi,dossent.
ƏMƏK FƏALİYYƏTİ
  • 1971-ci ildən 2001-ci ilədək AMEA-nın akademik H.Əliyev adına Coğrafiya institutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir.
  • 2003-cü ildən BDU-nun Fiziki Coğrafiya kafedrasında müəllim və baş müəllim vəzifələrində, 2005-ci ildən dosent əvəzi, 2008-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır.
  • 2003-cü ildən Fiziki coğrafiya kafedrasında «Materik və okeanların fiziki coğrafiyası» (bakalavrlar üçün), «İnsan və landşaft» (magistrantlar üçün) və
    «MDB ölkələrinin fiziki coğrafiyası» fənnlərini tədris etmişdir.
TƏDQİQAT SAHƏSİ
  • Landşaftşünaslıq,Ekologiya,Qoruq və yasaqlıqlar,landşaftların mühafizəsi sahəsində bir sıra tədqiqat işləri aparmışdı
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. Materiklərin və okeanların fiziki coğrafiyası Proqram(bakalavr üçün) Bakı-2007
  2. MDB ölkələrinin fiziki coğrafiyası Proqram(bakalavr üçün) Bakı-2007
  3. İnsan və landşaft Proqram(magistr üçün) Bakı-2007
  4. “Bəndovan dövlət yasaqlığının təbii şəraiti və səmərəli istifadə yolları“ (Azərb. SSR EA xəbərləri, №4, 1980),
  5. Azərbaycanda biosfer qoruqlarının təşkilinin bəzi məsələləri. (Azərb. SSR, EA XII elmi konf.mat.1981),
  6. «SSRİ qoruqlarının landşaft tipləri üzrə yerləşməsinin bəzi coğrafi qanunauyğunluqları (Azərb. SSR EA xəbərləri, №3, 1983),
  7. “Sultanbud meşəsinin müasir vəziyyəti və onun yaxşılaşdırma yolları“ (Azərb. EA xəbərləri, №4, 1980)
  8. “Qoruq və yasaqlıqların təbii ehtiyatları“ (Azərbaycan Respublikasının konstruktiv coğrafiyası, II cild, 1999) məqalələrinin müəllifidir.
KİTABLAR
  • «Ağgöl Dövlət qoruğu» nəş.Mars-Print,2006,
  • «Qızılağac Dövlət qoruğu»nəş.Mars-Print,2006,
  • «İsmayıllı Dövlət qoruğu»nəş.Mars-Print,2007,
  • «Biosfer qoruğu» nəş.Mars-Print,2007,
  • «İlisu Dövlət qoruğu» nəş.Müəllim-2008,
  • «Şirvan Dövlət qoruğu» nəş.Müəllim-2008.
  • «Zaqatala Dövlət qoruğu» nəş.Müəllim,2008.
Bookmark and Share