Beynəlxalq əlaqələr

Beynəlxalq əlaqələr: Kafedra bir sıra xarici ölkələrin ali məktəbləri və elmi mərkəzləri ilə əlaqələr yaratmışdır. Onlardan Lomonosov adına Moskva Dövlət Universiteti və Sank-Peterburq Dövlət Universitetinin müvafiq fakültə və dekanlıqları ilə ənənəvi əlaqələrini göstərmək olar. MDU və SPDU-da yeni çıxan dərslik və tədris – metodiki ədəbiyyatlar davamlı olaraq alınır. Hal-hazırda kafedra İran İslam Respublikasının ali məktəbləri ilə əlaqələr quraraq onlar üçün yüksək ixtisaslı kadr hazırlığında iştirak edir. Kafedranın müdiri prof. V.Ə.Əfəndiyev İranın müxtəlif ali məktəblərindən gələn doktorant, aspirant və dissertantlara - Ehtişam Hacıpur Hasıəlili Əhməd, Rezai Rəhim Mahmoudun oğlunun və s. elmi rəhbəridir.

Bookmark and Share