Babaxanov Neron
Babaxanov Neron
Elmi dərəcəsi və hal hazirda BDU-da tutduğu vəzifəsi :Coğrafiya elmləri doktoru, professor
İş telefonu: +(994) 12-438-11-58
QISA BIOQRAFIK MƏLUMAT
1939-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunun (indiki Ağstafa) Enigün kəndində anadan olub. 1956-cı ildə Enigün orta məktəbini bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Coğrafiya fakültəsini bitirərək, iqtisadi coğraf, orta məktəb müəllimi ixtisası almışdır. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının əyani aspiranturasına, sonradan Moskva Dövlət Universitetinin əyani, məqsədli aspiranturasına daxil olub. 1970-ci ildə Sovet coğrafı N.Y. Kovalskayanın rəhbərliyi ilə „Mil-Muğan düzlərinin mənimsənilməsinin coğrafi problemləri“ mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1970-ci ildən coğrafiya elmlər namizədi, 1973-cü ildən isə dosentdir. 1983-1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktoru olub. 1986-cı ildə Leninqrad Dövlət Universitetində İqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə «Təbii fəlakətlərin iqtisadi coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları» (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq disssertasiyası müdafiə edib. 1987-ci ildən elmlər doktoru, 1990-cı ildən isə professordur. Ailəlidir, üç övladı var.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
- 1970-ci ildən coğrafiya elmlər namizədi, 1973-cü ildən isə dosentdir.
- 1983-1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktorantı olub.
- 1987-ci ildən elmlər doktoru, 1990-cı ildən isə professordur.
ƏMƏK FƏALİYYƏTİ
- 1966-1989-cu illərdə N.A. Babaxanov Azərbaycan Xalq təsərrüfatı və Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb.
- 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) «SSRİ-nin iqtisadi coğrafiyası» kafedrasının müdiri, 1989-1991-ci illərdə isə Azərbaycan SSRİ Xalq Təhsili Nazirinin müvini.
- 1991-1992-ci illərdə isə Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor.
- 1992-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetinin İqtisadi və social coğrafiya kafedrasının professorudur.
TƏDQİQAT SAHƏSİ
- Təbii fəlakətlərin Azərbaycanda öyrənilməsinin iqtisadi və sosial əsasları
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2016, Bakı, AzərbaycamAzərbaycan Coğrafiya Cəmiyyətinin elmi konfransı
- 2014, Bakı, Azərbaycan, İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri mövzusunda elmi praktik konfrans
- 2014, Bakı, Azərbaycan, II Xəzər Beynəlxalq Su Texnologiyaları konfrans
- 2014, Astana, Qazaxtan, Turizmin coğrafi problemləri mövzusunda elmi praktiki konfrans
- 2013, Qloballaşma ilə əlaqədar fövqaladə hallara qarşı mübarizənin müasir problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans
- 2013, Bakı, Azərbaycan, İnşaat komplekslərində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri mövzusunda elmi praktik konfrans
- 2012, İstanbul, Türkiyə, Təbii kataklizm və müasir sivilizasiyanın qlobal problemləri mövzusunda beynəlxalq konqres
- 2011, İstanbul, Türkiyə, Təbii Kataklizmlərin qlobal problemlərinə həsr olunmuş 2-ci ümumdünya konqresi
- 2011, Bakə, Azərbaycan, Riskin idarə olunmasına həsr edilmiş beynəlxalq elmi-praktik konfrans
- 2011, Bakı, Azərbaycan, Azərbaycanda turizmin inkişafı və regionların problemləri mövzusunda elmi-praktiki Konfrans
- 2010, Bakı, Azərbaycan, Azərbaycanın iqtisadiyyatında keçid dövrünün başa çatması təhlil və nəticələr probleminə həsr olunmuş respublika elmi praktik konfrans
- 2009, Bakı, Azərbaycan, Azərbaycanın müasir Ekocoğrafi şəraitinin dəyişilməsində antropogen təsirin rolu mövzusunda elmi konfrans
- 2008-ci il, Ümummili liderimiz H.Ə. Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunan Beynəlxalq konfransın materialları. “Azərbaycanda təbii fəlakətlərin zərərsizləşdirilməsi üçün sığorta işi yenidən qurulmalıdır.
- 2007-ci il, prof. M.A. Müseyibovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. “Təbii fəlakətlərə qarşı mübarizə işinin təşkili”.
- 2007-ci il, akad. Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya təbiət və cəmiyyət problemləri”“Üzümçülüyün şöhrəti yenidən bərpa edilməlidir”.
- 2005-ci il, Coğrafiya fakültəsinin 60 illiyinə həsr olunmuş elmi konfransda “Təbii fəlakətlərə qarşı mübarizə dövlət səviyyəsində həll edilməlidir”.
- 2005-ci il, “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda elmi-praktik konfransda “Regionların sosial-iqtisadi inkişafında təbii fəlakətlərdən sığortalanmanın rolu.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 2017, Стихийные бедствия, проявляемые в горных Регионах Азербайджана, их подследствия и меры защиты
- 2017, Masallı rayonunun termal sularının öyrənilmə istiqamətləri və onlardan səmərəli istifadə
- 2016, Azərbaycan respublikasında baramaçılığın işsizlik probleminin həllində rolu
- 2014, термальные воды Азербайджана их роль в развитии туризма
- 2014, Стихийные бедствия на побережье Каспийского моря и меры защиты от них
- 2014, Azərbaycanda termal sular və onlardan səmərəli istifadə yolları
- 2013, Xəzər dənizinin sirlərinə istisnasız yanaşmaq olmaz
- 2013, Təbii fəlakətlərin qarşısının alınması tədbirlərinin həyata keçirilməsi vacibdir
- 2013, Sürüşmələrin elmi cəhətdən tədqiqi və onlara qarşı müdafiə tədbirlərinin işlənilməsi
- 2013, Regionalarda istehsalın təşkili və səmərəli ərazi təşkili təbii fəlakətlərə qarşı görülən işlərdə çox asılıdır
- 2013, Göyçay rayonunda sellərə qarşı kompleks mübarizə tədbirlərinin keçirilməsi vacibdir
- 2013, Bakı şəhərində baş verən təbii fəlakətlərə qarşı ciddi tədnirlər görülməlidir
- 2013, Azərbaycanda dolu hadisələri , onlara qarşı mübarizə tədbirləri yeni dövlət proqramında nəzərə alınmalıdır
- 2012, Flood and fighting methods the Kura and Araz rivers
- 2012, Coğrafi ekspertizanın rəqəmsal xəritələrin tərtib edilməsində rolu
- 2011, Turizmin inkişafında nəqliiyat sisteminin rolu
- 2011, Təbii fəlakətlərlə mübarizədə bələdiyyələrin rolu
- 2011, Təbii fəlakətlərin nəqliyyat sisteminə təsirinin coğrafi təhlili
- 2011, Azərbaycanın Ümumtəhsil məktəblərində təbii fəlakətlərin təsirinə dair
- 2011, Azərbaycanda təbii fəlakətlər və onların nəqliyyat sisteminə təsiri
- 2011, Azərbaycanda daşqınlara qarşı kompleks mübarizə tədbirləri görülərlə müsbət nəticə əldə oluna bilər
- 2011, Azərbaycanda daşqın hadisələri və onlarla mübarizə tədbirləri
- 2010, Təbii fəlakətlərə etinasızlıq və biganəlik böyük faciələrə səbəb olur
- 2010, Doluya qarşı mübarizə tədbirləriinin təşkili vacibdir
- 2010, Daşqınlara münasibətimizi dəyişməliyik
- 2010, azərbaycanın iqtisadi təhlükəsizlik konsepsiyası və ərazaq müstəqilliyinin təşkil edilməsi
- 2009, Yeni dövlət proqramında təbii fəlakətlərə qarşı mübarizə işinə xüsusi diqqət yetirilməlidir
- 2009, Daşqınlarla mübarizə həmişə diqqət mərkəzində
- 2009, Bakı şəhərində təbii fəlakətlərə qarşı əsaslə tədbir görülməlidir
- 2009, Azərbaycanla İran İslam respublikası arasında turizmin inkişafı böyük potensiala malikdir
- 2003, Daşqınlara qarşı əsaslı tədbirlər görülməlidir.
2004, Обобшенный анализ социально-экономической и экологической стиуации в прибрежной зоны Каспийского моря
2004, Abşeronda yaşayış mətəqələrinin ərazi təşkilində təbii fəlakətlərin nəzərə alınması.
2007, Azərbaycan respublikasının təbii ehtiyat potensialının təsərrüfat baxımdan qiymətləndirilməsi və ətraf mühitin mühafizəsi.
2009, Təbii fəlakətlərdən səmərəli mühafizənin regionların sosial-iqtisadi inkişafında rolu
KİTABLAR
- 2004, Bakı, dərs vəsaiti. Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi.
- 2006-ci il, momoqrafiya. Təbii fəlakətləri ram etmək olarmı.
- 2010, Azərbaycanın iqtisadi və sosial coğrafiası, Dərslik, həmmüəllif
- 2010, Azərbaycan respublikasının iqtisadi-sosial və siyasi coğrafiyası, monoqrafiya, həmmüəllif
- 2013, Стихийные бедствия: их проявления в Азербайджане, наносимые ущербы меры зашиты от них, monoqrafiya
- 2016, Təbii fəlakətlərin coğrafiyası, nəzəri-metodoloji əsasları, monoqrafiya


