“Qlobal iqtisad şərait və Azərbaycanın iqtisadi-coğrafi mövqeyi” mövzusunda respublika elmi-praktiki konfransı

11/05/2017

Coğrafiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Qlobal iqtisad şərait və Azərbaycanın iqtisadi-coğrafi mövqeyi” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor professor İradə Əliyeva açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, elm və təhsil sahəsinə qayğısından bəhs edib. Bildirib ki, ulu öndər digər sahələrlə yanaşı, coğrafiya və ətraf mühitin mühafizəsi işinə də yüksək qiymət verib, bu sahənin inkişafı üçün bir sıra mühüm addımlar atıb.

Daha sonra konfrans haqqında məlumat verildi. Müasir dövrdə qlobal iqtisadi şərait, fiziki coğrafi şəraitin iqtisadiyyata təsiri, eyni zamanda təbbi fəlakətlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi Azərbaycan Respublikası üçün ən aktual məsələlərdən birinə çevrilmişdir. Belə ki qlobal iqlim dəyişmələri, su ehtiyyatlarının qiymətləndirilməsi, strateji ekoloji qiymətləndirmələr, alternativ enerjidən istifadə, turizm rekreasiya ehtiyyatlarından düzgün istifadə ölkə iqtisadiyyatının ən əsas problemlərindəndir.

Cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərində istehsal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq təbii resurslara təsir dairəsi bir-birindən kəskin şəkildə fərqli olmuşdur. Son illərdə elmitexniki tərəqqinin inkişafı təbii resurslara təsir dairəsini daha da intensivləşdirmişdir.

Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji problemiərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi və səmərəli idarə olunmasıdır.

Konfrans “Qlobal iqtisad şərait və Azərbaycanın iqtisadi-coğrafi mövqeyi” mövzusuna həsr olunmuşdur. Konfransda müxtəlif istiqamətli coğrafi problemlər öz həllini tapmışdır. Təqdim olunan material 3 bölmədə cəmlənmişdir. Birinci bölmədə fizikivə iqtisadi coğrafiya sahəsində problemlər müzakirə olunmuşdur, müxtəlif sahələrində coğrafi şərait məsələləri, iqtisadi coğrafi rayonlaşma prinsiblərinə əsasən inkişaf dinamikası öz əksini tapmışdır. 2ci bölmədə ekoloji şəraitin qiymətləndirilməsi, strateji ekoloji qiymətləndirmələr, ətraf mühit məsələləri səsləndirilmişdir. Nəhayət sonuncu fəsildə iqlim dəyişmələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, su ehtiyyatlarından səmərəli istifadə, hidrometeoroloji şəraitin iqtisadiyyata, kənd təsərrüfatına təsiri geniş işıqlandırılmışdır.

Daha sonra Coğrafiya fakültəsinin professorları Tapdıq Həsənovun Azərbaycan Respublikasının qlobal coğrafi mövqeyi və geosiyasi şəraiti, Fərda İmanovun Azərbaycanın çay sularının keyfiyyəti, Yaqub Qəribovun Kosmolandşaft tədqiqat üsulları ilə aşağı Kür çökəkliyi düzənliklərinin müasir landşaft strukturunun təhlili, o cümlədən Azərbaycan Meliorasiya və SuTəsərrüfatı” ASC-nin ET Su Problemləri İnstitutunun əməkdaşı professor Vüqar Əliyevin Hərbi münaqişə şəraitində su resurslarının idarəolunması problemi adlı məruzələri dinlənilib. Alimlərin məruzələri maraqla dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.

Elmi konfrans işini bölmə iclaslarında davam etdirib. 3 bölmədə ümumilikdə 67 məruzə dinlənilib.

 

Bookmark and Share