“Qloballaşma və coğrafiya” mövzusunda Beynəlxalq Elmi Konfrans
26/04/2012Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 26-27 aprel 2012-ci il tarixdə professor M.A.Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Qloballaşma və coğrafiya” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.
Konfransa təqdim olunacaq materiallar aşagıdakı istiqamətlərə uygun olmalıdır:
- Qlobal istiləşmə və onun fəsadları
- Kosmolandşaft və kosmogeomorfoloji tədqiqatlar
- Müasir kartoqrafiya-geodeziya texnologiyaları və geokomplekslərin tədqiqi
- Urbanizasiya və ətraf mühit
- Azərbaycanda daxili və beynəlxalq turizmin inkişaf perspektivləri
- Qloballaşma şəraitində Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətləri
Təqdim olunan məruzələr 5 səhifəyə qədər olmaqla MS Word redaktorunda Times New Roman və yaxud Times Azlat şrifti, 12 keqel ilə, 1 intervalda, A-5 formatda yazılmalı və 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə təqdim edilməlidir.
Məqalə Azərbaycan, rus, ingilis dillərində təqdim oluna bilər. Materiallar Azərbaycan dilində təqdim olunarsa,xülasə rus və ingilis dillərində, digər dillərdə yazılarsa, qalan iki dildə tərtib edilməlidir.
Məqalə yazılarkən vərəqin solundan 2,5 sm, yuxarı və aşağıdan 2,0 sm, sağdan isə 1,5 sm məsafə saxlamaq lazımdır.
Nümunə
Azərbaycanda beynəlxalq turizmin inkişaf perspektivləri
A.B.Məmmədov
Bakı Dövlət Universiteti
Məqalədə Azərbaycan Respublikasında Beynəlxalq turizmin gələcək inkişaf perspektivləri təhlil edilir.
Açar sözlər: Beynəlxalq turizm, rekreasiya, turizm servisi, ekoturizm
Mətn..............................................................................................................................................................................................................................................................
Məqalələr 15 mart 2012-ci il tarixə qədər qəbul olunur. Tələbata uyğun hazırlanmış məruzələr aşağıdakı ünvana təqdim olunmalıdır.
Bakı şəhəri, Z.Xəlilov küç. Bakı Dövlət Universiteti, əsas bina IV mərtəbə, Coğrafiya fakültəsi,otaq № 413.
Təşkilat komitəsi: Əlaqə telefonu: 0125390974; 0125390419; +994503318400
Email: : [email protected];[email protected];
Qeyd: Məqalələrin nəşri müəlliflərin öz hesabınadır. Hər səhifə üçün 3 AZN ödənilməlidir.


