Landşaft komplekslərinin differensiasiya xüsusiyyətlərinin Coğrafi İnformasiya Sistemləri və Məsafədən Müşahidə Verilənləri (MMV) əsasında tədqiqi ” (Böyük Qafqazın şimal-şərq yamacı timsalında) ” mövzusunda elmi seminar

09/03/2022

Coğrafiya fakültəsi “Fiziki coğarfiya ” kafedrasının müəllimi Sədullayev Rəşad Rahib  oğlunun “Landşaft komplekslərinin differensiasiya xüsusiyyətlərinin Coğrafi İnformasiya Sistemləri və Məsafədən Müşahidə Verilənləri (MMV)  əsasında tədqiqi” (Böyük Qafqazın şimal-şərq yamacı timsalında)” mövzusunda seminar təşkil olunmuşdur.

  1. Seminarı açılış söz ilə başlayan fakültənin dekanı, dosent Şəkər Məmmədova bütün iştirakçıları salamlamış, elmi seminara təqdim olunan “Landşaft komplekslərinin differensiasiya xüsusiyyətlərinin Coğrafi İnformasiya Sistemləri və Məsafədən Müşahidə Verilənləri (MMV)  əsasında tədqiqi ” (Böyük Qafqazın şimal-şərq yamacı timsalında)” mövzusunu təqdim etmiş və  məruzəçinin yüksək səviyyədə elmi hazırlığının olduğunu qeyd etmişdir. Belə ki  məruzəçi fəaliyyəti dövründə öz ölkə daxilində , həm də xaricdə elmi konfranslarda iştirak etmiş. Qloballaşma və Coğrafiya adlı Beynəlxalq Elmi-Praktik konfrans (Bakı,2012), Uluslararası Yaylacılık və Yayla Kültürü Sempozyumu (Giresun, Türkiye, 2019), ХІV Международной Научно-Практической Конференции «Global Science And Innovations 2021, Нур-Султан (Астана), Казахстан; 6th International Erciyes Conference On Scientific Research, 2021 / Kayseri, TURKEY , 3rd International Сukurova Agriculture and Veterinary Congress 2021 / Adana, TURKEY; BİLTEK-V: 5.ci Uluslararası Bilim, Teknoloji ve Sosyel Bilimlerde Güncel Gelişmeler Sempozyumu,  Malatya-Yeşilyurt, Türkiye, 2021;   II Beynəlxalq Elm və Texnologiya Konfransı (Bakı, BMU, 2021)  və s.elmi-praktik fəaliyyətlə məşğul olduğunu seminar iştirakçılarının nəzərinə çatdırmışdır.

Daha sonra söz məruzəçiyə verilmişdir. Sədullayev Rəşad Rahib  oğlu məruzədə mövzunun aktuallığını, landşaft komplekslərinin differensiasiyasına relyefin təsiriMəsafədən Müşahidə Verilənləri (MMV) və Coğrafi İnformasiya Sitemləri (CİS) əsasında  relyefin morfometrik təhlili bu zaman Rəqəmli Yüksəklik Modellərindən (RYM)  istifadə imkanları, RYM-nin CİS əsasında deşifrə edilməsi , RYM vasitəsilə səth meyilliklərinin analizi, hipsometrik göstəricilərin təhlili, landşaft komplekslərinin Məsafədən Müşahidə Verilənləri (MMV)  əsasında təhlili haqqında məlumat verdi.  Meşə landşaft komplekslərinin əsas differensiasiya xüsusiyyətləri diqqətə çatdıraraq qeyd etdi ki, dağ-meşə landşaft kompleksləri mühüm ekoloji, estetik, rekreasiya əhəmiyyətinə malikdir. Regionun dağ meşə landşaftlarına antropogen təsirlər artdıqca onların morfoloji strukturu dəyişikliyə məruz qalır, meşələrin təbii bərpası, kənar təsirlərə dayanıqlılığı  zəifləyir, məhsuldarlığı aşağı düşür. Ona görə dağ-meşə landşaftlarına aid təbii zənginliyin qorunması, antropogen  dinamikanın  müəyyənləşdirilməsi istiqamətində  elmi-nəzəri və praktiki təklif və tövsiyyələr vermişdir.

Sonda məruzəçi professor Yaqub Qəribov, prof. Çingiz İsmayılov, dosent Şəkər Məmmədova, dosent Saleh Nağıyev,  dosent Tahirə Qəhrəmanova, dosent Sahilə Allahverdiyeva, Anar Nuriyev və başqalarının sullarını cavablandırmış, alimlər məruzəçiyə məsləhətlərini vermişlər.

Bookmark and Share