“Kür çayı hövzəsində iqlim dəyişikliyi ilə bağlı su ehtiyatlarının kəmiyyət qiymətləndirilməsi və proqnozu” mövzusunda vebinar keçirilib
20/05/2020BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fondun Kür II Layihəsinin (“Sərhədlərarası razılaşdırılmış fəaliyyətlərin və dövlət planlarının icrası vasitəsi ilə Kür çayı hövzəsi boyunca Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsinin inkişaf etdirilməsi”) beynəlxalq koordinatoru xanım Meri Metthyusun təşəbbüsü ilə Tbilisi Dövlət Universiteti və Bakı Dövlət Universitetində Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi ixtisaslaşması üzrə təhsil alan magistrantlar üçün “Kür çayı hövzəsində iqlim dəyişikliyi ilə bağlı su ehtiyatlarının kəmiyyət qiymətləndirilməsi və proqnozu” mövzusunda onlayn təlim keçirilib. Təlimin təşkilinə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı və Hidrologiya, Okeanologiya və Meteorologiya kafedrasının müdiri David Kereselidze, Bakı Dövlət Universiteti isə Hidrometeorologiya kafedrasının müdiri Fərda İmanovla təmsil olunublar.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


