Heydər Əliyev və Azərbacaycanda Coğrafiya elminin inkişafı mövzusunda Elmi konfrans
01/05/2013Coğrafiya fakültəsində may ayının 1-də Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbacaycanda Coğrafiya elminin inkişafı” mövzusunda Elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadə Azərbaycanın inkişafında Ümummilli lider Heydər Əliyevin rolundan söhbət açdı: Onun respublikamıza rəhbərlik etdiyi 30 il ərzində Azərbaycanda həyata keçirilən işlərdən danışdı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra respublikamızda bütün sahələrdə inkişaf yenidən başladı. Belə ki, bu dövrdə bir sıra xarici dövlətlərin respublikamıza artan marağı, bağlanan müqavilələr haqda geniş müzakirələr aparıldı. Keçirilən elmi konfrasına 100-dən artıq məqalə daxil edilmiş və həmin materillar nəşr olunmuşdur.


