Estoniyanın Elmlər Akademiyasının Prezidenti, Tallin Texnologiya Universitetinin professoru Tarmo Soomere Bakı Dövlət Universitetində olub
21/12/2016RETHİNK layihəsi çərçivəsində Estoniyanın Elmlər Akademiyasının Prezidenti, Tallin Texnologiya Universitetinin professoru Tarmo Soomere Bakı Dövlət Universitetində olub. BDU-nun Coğrafiya və Biologiya fakültələrinin tələbələri ilə birlikdə, Sumqayıt Dövlət Universitetinin və Aviasiya Akademiyasının tələbələri üçün təlim keçirilmişdir. Təlim "Smart use of currents for environmental management of maritime activities" mövzusunda olmuşdur. Təlimdə dəniz axınlarının və küləyin istiqamətinin modelləşdirilməsi ilə dəniz sahili zonanın baş verə biləcək qəzalardan, neft və digər mənbələrlə çirklənməsinin qarşısının alınması tədbirləri haqqında məlumat verildi.


