ELAN - “ŞOLLAR-BAKI SU QURĞULAR KOMPLEKSİNİN” 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ” MÖVZUSUNDA TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN KONFRANSI

18/10/2016

14 aprel 2017-ci il tarixində saat 1000-da 400 saylı auditoriyada “ŞOLLAR-BAKI SU QURĞULAR KOMPLEKSİNİN” 100 illiyinə həsr olunmuş “AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ” mövzusunda TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN konfransı keçiriləcəkdir. Konfransda “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsinin nəticələri də elan olunacaqdır.


Məqalə və tezislərin tərtibatına qoyulan tələblər:

Mətn azərbaycan, türk, ingilis və rus dillərinin birində yazıla bilər. Mətnin həcminə məhdudiyyət qoyulmur və Microsoft WORD proqramında (versiya 2003-2007) Times New Roman, 14 ölçülü şriftlə, 1.5 interval ilə A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır:

• yuxarıdan 2 sm

• aşağıdan 2 sm

• soldan 2.5sm

• sağdan 1.5 sm

• abzas buraxılışı 1.00 sm

Məqalənin adı - 14 ölçülü şriftlə, tünd rəngli böyük hərflərlə mərkəzdə yazılmalı, bir sətir sonra müəlliflərin adı, soyadı və atasının adı yazılmalıdır. Növbəti sətirdə - ortada təşkilatın, şəhərin adı və müəllifin e-mail adresi (mərkəzdə, Times New Roman, 12 ölçülü şriftlə, kursivlə yazılış) qeyd edilir. Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin yuxarısında verilməlidir. Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2).

Mətn hissə bitdikdən sonra ədəbiyyat siyahısı verilir. Mətndə ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə göstərilir [1]. Ədəbiyyat siyahısı əlifba sırası ilə 10 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.

Məqalənin mətnini elektron formada 1 MART 2017-ci il tarixinə qədər aşağıda göstərilən ünvana göndərməyinizi xahiş edirik:

e-mail: [email protected]

Bookmark and Share