Coğrafiya fakültəsinin müəllim və tələbə heyəti 2 fevral - Gənclər günü ilə bağlı şəhərin tarixi məkanlarını ziyarət ediblər

02/02/2022

 

BDU Coğrafiya fakültəsinin müəllim və tələbə heyəti 2 fevral - Gənclər günü ilə bağlı şəhərin tarixi məkanlarını ziyarət ediblər.
Coğrafiya fakültəsinin müəllim və tələbə heyəti Gənclər günü ilə əlaqədar olaraq şəhərin tarixi məkanlarına ekskursiya təşkil ediblər. Humanitar və sosial məsələlər üzrə dekan müavini Qoşqar Məmmədov və müəllim Eltac Cə BDU Coğrafiya fakültəsinin müəllim və tələbə heyəti 2 fevral - Gənclər günü ilə bağlı şəhərin tarixi məkanlarını ziyarət ediblər.
Coğrafiya fakültəsinin müəllim və tələbə heyəti Gənclər günü ilə əlaqədar olaraq şəhərin tarixi məkanlarına ekskursiya təşkil ediblər biyevin rəhbərliyi ilə baş tutan gəzintidə tələbələr əvvəlcə Şirvanşahlar Saray Kompleksində olublar. Onlara Saray Kompleksinin tarixi və mədəni əhəmiyyəti, memarlıq üslubu barədə məlumatlar verilib. Ekskursiya iştirakçıları Saray Binası, Divanxana, Dərviş Türbəsi, Keyqubad məscidi, Şərq darvazası portalı, Şirvanşahlar türbəsi, Saray məscidi, Saray hamamı, Ovdan abidələri ilə tanış olublar.
Sonra tarixi yaddaşımızın canlı şahidi olan İçərişəhər tarixi-memarlıq qoruğunda olan iştirakçılar əvvəlcə açıq səma altında fəaliyyət göstərən muzeyin tarixi, onun 22 hektar ərazidə amfiteatr üslubunda inşa edilməsi, burada mövcud olan tarixi abidələr – dünya, ölkə və yerli əhəmiyyətli olmaqla 3 qismə bölünməsi haqqında məlumat alıblar. İçərişəhər tarix-memarlıq qoruğunun Böyük və Kiçik Qala, Minarəli küçələrində və qədim məhəllələrində gəzintisi ilə davam edən ekskursiyada iştirakçılar İçərişəhər sakini Şəhid Əliyev Fərid Pirəli oğlununun evinin qarşısında olaraq tarixi qələbəmizin əldə olunmasında gənclərimizin misilsiz qəhrəmanlıqlarından, onların vətənpərvər ruhda böyüməsindən və hər kəsə nümunə olmasından danışıblar.
Daha Sonra Abşeron memarlıq məktəbinin unikal elementi olan Qız qalası ziyarət olunub. Qalanın tarixi və təyinatı barədə müxtəlif fikir mübadilələri aparılıb.

 

 

Bookmark and Share