Coğrafiya fakültəsində Azərbaycanın Kurort Təsərrüfatı adlı Dərs vəsaiti çap olunub
17/04/2017Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi, Xarici ölkələrin iqtisadi, sosial coğrafiyası və turizm kafedrasının əməkdaşlarının Həbibə Soltanova, Maqsud Qasımov və Əbil Ağasiyevin birgə müəllifliyi ilə bakalavr pilləsi üçünAzərbaycanın Kurort Təsərrüfatı adlı dərs vəsaiti hazırlanıb.
Dərs vəsaiti Azərbaycanın turizm sektorunda әn mühüm sahə olan kurort təsərrüfatına һәsr olunmuşdur. Strukturuna görə әsasәn 2 hissədən, 20 fəsildən ibarәt olan dərs vəsaitində kurort fəaliyyətinin nəzəri-metodiki və təcrübi məsələrəri, termin vә anlayışlar, Azərbaycanın sanatoriya-kurort müəssisələri haqqında əhatəli məlumat verilmişdir. Fəsillər kurort təbabətinin əsasları və mahiyyəti, Azərbaycanda kurort fəaliyyətinin rekreasiya əsasları, müalicəvi turizm və onun coğrafiyası, kurortların idarə olunması, respublikanın iqtisadi rayonlarında kurort obyektləri və digər məsələlərə һәsr edilmişdir.
Dərs vəsaiti turizm və otelçilik ixtisasına yiyәlәnәn bakalavriatlar, magistrantlar, dissertantlar, doktorantlar, istehsalat fəaliyyətinə hazırlıq, təcrübi fəaliyyətdə peşəkarlıq səviyyəsini yüksəltmək və müvəffəqiyyət əldə etmək üçün nәzәrdә tutulmuşdur.


