Coğrafiya fakültəsi Elmi Şurasının 2019-cu ilin yekunlarına dair iclası keçirilib
16/12/2019Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Elmi Şurasının 2019-cu ilin yekunlarına dair iclası keçirilib. İclasda Elmi tədqiqat işlərinin hesabatına dair Təbiət fakültələri üzrə təşkil olunmuş komissiyanın sədri professor Vaqif Salmanov, professor Nazim İmanverdiyev ,dosent Fərhad Mirzəyev də iştirak edib. Əvvəlcə fakültə dekanı, dosent Şəkər Məmmədova Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda elmi-tədqiqat işlərinin hesabatları, qış imtahan sessiyasına hazırlıq, tədrisin I yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi, eləcə də, digər cari məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib. O, kafedralarda illik hesabatlar üzrə yekun nəticələrdən, doktorantların dissertasiya mövzuları ilə əlaqəli yerinə yetirdikləri elmi-tədqiqat işlərindən bəhs edib.
Daha sonra kafedra müdirləri – professorlar Çingiz İsmayılov, Fərda İmanov, Məqsəd Qocamanov, Yaqub Qəribov, dosentler- Həbibə Soltanova, Saleh Nağıyev kafedra hesabatlarını təqdim ediblər. TEC rəhbəri dosent Əfqan Talıbovun çıxışından sonra verilən elmi hesabata dair çıxışlar dinlənilib.
BDU üzrə elmi hesabatların müzakirəsi üçün yaradılmış komissiyanın sədri professor Vaqif Salmanov çıxış edərək Coğrafiya fakültəsində həyata keçirilən elmi işləri yüksək dəyərləndirib. Elmi işlərin hesabatının qənaətbəxş qiymətləndirilməsi səsə qoyularaq yekdilliklə qəbul edilib.
İclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
![]() |
![]() |
![]() |
![]() |


