Coğrafi biliklərin nəzəri və təcrübi tətbiqi mövzusunda magistrant və bakalavrların XX Elmi Konfrans

05/12/2014

5 Dekabr 2014-cü il tarixində Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti Bakı Dövlət Universitetinin yaradılmasının 95 illik yubileyinə həsr olunmuş "Coğrafi biliklərin nəzəri və təcrübi tətbiqi" mövzusunda magistrant və bakalavrların XX Elmi Konfransı keçirilmişdi. Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, eləcə də Turizm İnstitutunun tələbələri coğrafiyanın müxtəlif sahələrinə dair təqdimatlarla çıxış etmişdirlər.
Konfransı giriş sözü ilə Coğrafiya fakültəsinin dekanı prof. F.Ə.İmanov açdı. O, konfrans haqqında xoş təsuratlarını iştirakçılarla bölüşdü və Coğrafiya fakültəsi tələbələrinin elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Daha sonra söz BDU-nun elm və innovasiyalar üzrə prorektoru akademik A.N.Kazımzadəyə verildi. Akademik A.N.Kazımzadə Bakı Dövlət Universitetinin yaradıldığı dövrdən bü günə kimi keçirilən yubileyleri haqqında qısa məlumat verdi. O, son dövrlərdə Universitetimizdə təhsilin və elmin inkişafında aparılan dəyişikliklər barədə məlumat verdi və  bu istiqamətdə hörmətli rektorumuz akademik Abel Məhərrəmovun hər tələbəyə göstərdiyi qayğını xüsusilə vurğuladı.
BDU Coğrafiya fakültəsi  TEC-in sədri Geodeziya və kartoqrafiya kafedrasının dosenti Ə.T.Talıbov TEC-in əsas fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görülən işlər barədə ətraflı məlumat verdi. O, tələbələrlə birgə fəaliyyəti daha da stimullaşdırmaq məqsədilə yaradılmış TEC Təlim Mərkəzinin təşkil etdiyi təlimlərin əhəmiyyəti barədə konfrans iştirakçılarını məlumatlandırdı.
Daha sonra tələbə və magistrlərin coğrafiyanın müxtəlif sahələrinə aid çıxışları dinlənildi.
Konfransın sonunda “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin qalibləri pul və sertfikatla mükafatlandırıldı.

Bookmark and Share