BDU-nun professoru Xəzər dənizinin tədqiqinə həsr olunmuş Beynəlxalq onlayn dəyirmi masada mərüzə ilə çıxış etmişdir
27/12/2020Qazaxstanın Atırau Neft və Qaz Universitetinin təşkilatçılığı ilə, bu universitetin nəzdində yaradılmış, universitetlərarası Davamlı İnkişaf Məqsədləri naminə “Xəzər dənizi Xabı”(Caspian SDG Hub) razılaşması çərçivəsində, “Xəzər dənizinin ekoloji həssaslığına dair xəritənin tərtibi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qazaxstanın, Azərbaycanın və Rusiyanın alim və mütəxəssisləri iştirak etmişdir. Elmi forumu Atırau Neft və Qaz Universitetini rektoru prof. Gulzadə Şakulikova iştirakçıları salamlıyaraq, tədbirin universitetlərdə bu istiqamətdə aparılan tədqiqataları üçün və ölkələrarası elm və təhsildə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi olaraq əhəmiyyətinin artığını göstərmişdir. Sonra Həştərxan universitetlərinin, Azərbaycan texniki universitetinin (prof.V.Vəliyev), Kalmıkiya universitetinin rektorları da iştirakşılar salamlayaraq aparılacaq birgə elmi işlərdə uğurlar arzu etmişlər.
Dəyirmi masanın işində, BDU-nun “İqtisadi və sosial coğrafiya kafedrası”nın müdiri, prof.Çingiz İsmaylov “Xəzər dənizinin sahil ərazilərinin idarə edilməsində, birgə proqramlarının hazırlanmasının vacibliyi” mözusunda məruzə ilə çıxış etmişdir. Prof.Ç.İsmayılov çıxışında qeyd etmişdir ki, məhz sahil ərazilər dənizin ekoloji vəziyyətini daha aydın göstərir, çünki dənizin çirklənməsi nəticəsində sahil ərazilərində fauna və flora daha çox deqradasiyaya məruz qalır. Eyni zamanda, sahilin quru hissəsində infrastruktur şəbəkəsinin, istirahər mərkəzlərinin, liman təsərrüfatının və şəhərlərin inkişafı sahil zonalarda ekoloji gərginliyin artmasına səbəb olur. Onların inkişafının idarə edilməsi üçün sahil ərazilərin kompleks inkişaf proqramları hazırlanmalıdır. Bu sahədə ümumi metodologiya, standartlar və indikatroların müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.Bununla əlaqədar Xəzər sahili ölkələri arasında elmi əməkdaşlıqların artırılması və birgə layihələrin yerinə yetirilməsi dəniz akvatoriyası və sahil ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Konfransda iştirak edən digər alimlərin çıxışlarında da universitetlərimiz arasında təhsil və elm sahəsində əməkdaşlığın artırılması xüsusi vurğulandırılmışdır.
Elmi tədbirin sonunda universitetlər və elmi mərkəzlər səviyyəsində bu kimi konfransların təşkil edilməsinin vacibliyi bildirilmişdir.


