BDU-da ilk dərs gününün 100 illik tarixinin qeyd olunması ilə bağlı Coğrafiya fakültəsində tələbələrlə görüş keçirilmişdir
15/11/2019Bakı Dövlət Univeresitetində 15.11.1919-cu il tarixində keçirilən ilk dərs gününün 100 illik tarixinin qeyd olunması ilə bağlı Coğrafiya fakültəsinin bütün aditoriyalarında rektorluq nümayəndələrinin, proffessor-müəllim heyətinin tələbələrlə görüşü keçirilmişdir.
BDU-nun Elm və İnnovasiya üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə I-ci kurs tələbələrinə bakı Dövlət Universitetinin 100 illik tarixi və uğurları, tanınmış məzunları, ənənələri haqqında məlumat verdi, tələbələri bu tarixi gün münasibəti ilə təbrik etdi.
Magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Qurbanova 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs gününün elan edilməsi, 1919-cu il noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı məqalənin çapdan çıxmasının tarixi haqqında məlumat verdi, tələbələri oz adindan və universitet rəhbərliyinin adından təbrik etdi.
Fakültənin dekanı, dosent Şəkər Məmmədova BDU-nun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olması barədə danışdı, özünün bu univeritetinin məzunu və müəllimi olması ilə fəxr etdiyini qeyd etdi.
![]() |
![]() |


