Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əməkdaşları Gürcüstanda keçirilmiş konfransda iştirak etmişlər

05/10/2016
  1. Gürcüstanın Elm və Təhsil Nazirliyi, Gürcüstan Texniki Universitetinin T. Mirsxulava adına Su Təsərrüfatı İnstitutu və "Ətraf mühit üzrə Ekomərkəz" tərəfindən 22-25 sentyabr 2016-cı il tarixində Tbilisi şəhərində ,,Su təsərrüfatının müasir problemləri, ətraf mühitin qorunması, memarlıq və inşaat” mövzusunda 6-cı Beynəlxalq elmi-texniki konfrans keçirilmişdir. Konfransda iştirak etmək üçün Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əməkdaşları prof. Fərda İmanov, prof. Yaqub Qəribov, dos. Elxan Məmmədov, c.ü.f.d. Nigar İsmayılova   Gürcüstan Respublikasına ezam olunmuşlar.

Konfransda həmçinin transsərhəd su problemləri, su ehtiyatlarının inteqrasiyalı idarə olunması, ətraf mühitin mühafizəsi mövzuları ətrafında  geniş fikir mübadiləsi aparılmışdır.

Konfransda 6 ölkənin (İtaliya, Rusiya, Belarus və s.) nümayəndələri iştirak etmişlər və Azərbaycan Bakı Dövlət Universiteti ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının və “Azərsu” ASC-nin  əməkdaşları ilə təmsil olunmuşdur.

Bookmark and Share