Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin tələbələri üçün çöl-tədris təcrübələri başlayıb

05/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin tələbələri üçün çöl-tədris təcrübələri başlayıb

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin tələbələri üçün çöl-tədris təcrübələri başlayıb.

Belə ki, BDU-nun bakalavriat səviyyəsi üzrə Coğrafiya fakültəsinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq iyunun 3-dən Quba rayonunda çöl-tədris təcrübəsi keçir. Tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olacaq, əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılacaqlar.

Bookmark and Share