İşğaldan azad olunmuş regionların təbii ehtiyat potensialı və sosial-iqtisadi inkişaf perspektivləri mövzusunda vebinar
18/01/2021- Coğrafiya fakültəsində Zoom platforması əsasında növbəti vebinar təşkil olundu. İşğaldan azad olunmuş regionların təbii ehtiyat potensialı və sosial-iqtisadi inkişaf perspektivləri mövzusunda keçirilən tədbir Edusciens.az elm və təhsil mərkəzi, Bakı Dövlət Universitetınin Coğrafiya fakültəsi və Bakı Biznes və kooperasiya kolleci tərəfindən təşkil olunmuşdur. Çıxış edənlər Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov və dosenti Vüqar Dərgəhov bu məsələnin çox aktual olduğunu və preoritet təşkil etdiyini vurğuladılar. Yaxın gələcəkdə bu istiqamətdə nəzərdə tutulan görüləcək işlər haqqında geniş məlumat verdilər.Çingiz İsmayılov maraqlı təkliflər irəli sürdü və bunlardan biri o oldu ki, fakültədə magistr pilləsinin Ərazi planlaşdırılması və rayon planaalınma ixtisasını bitirən magistrantları bu prosesə cəlb etsinlər Daha sonra suallar cavablandırıldı. Həmçinin vebinarda Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova da öz fikir və mülahizələrini bildirdi. Sonda təşkilatcılara maraqlı vebinarın təşkilinə görə təşəkkürlərini bildirdilər.
-


