“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda Respublika Elmi-Praktik Konfransı

24/11/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda Microsoft Teams platforması üzərindən  Respublika Elmi-Praktik Konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı dosent Şəkər xanım Məmmədova  iştirakçıları salamlayaraq ,Azərbaycanın erməni qəsbkarları tərəfindən işğal etdiyi torpaqlarımızı   azad edən və bu yolda canlarından keçən ,  II Vətən Müharibəsində şəhid olanların xatirəsini 1 dəqiqəlik sükut ilə yad edildi.

Azərbaycan Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi və xalqımız birliyi  ilə  II Vətən müharibəsində qazandığmız qələbənin, bu qələbənin Azərbaycan xalqı və dövləti üçün  inkişafı üçün yaratdığı  yeni perspektiv imkanlarnı qeyd edərək   bu günkü  konfransın əhəmiyyətindən danışdı..

Konfransın plenar iclasda professor F.Ə.İmanov, professor Ç.N.İsmayılov, professor. T.G.Həsənov, coğrafiya elmləri doktoru  Z.N.Eminov, dosent, Ş.M.Pənahov, dosent, N.S.Bababəyli, dosent. A.S. Rüstəmov, Ə.A.Əsgərov və III kurs tələbəsi İmran Bayramov çıxış edərək İşğaldan azad olunmuş ərazilərin davamlı inkişafı, geoməkan təminatı, demoqrafik inkişaf yolları, hidrometeoroloji və ekoloji  problemləri, iqtisadi-coğrafi hədəfləri və  turizm-rekreasiya perspektivləri haqda çıxışlar etmişdilər. Konfrans öz işini bölmələr üzrə davam etmişdir.

Bookmark and Share