Azərbaycan Respublikası Prezidenti Nazirlər kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında

21/01/2011

Azərbaycan Respublikası Prezidenti Nazirlər kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında (14 yanvar 2011-ci il) 2011-ci ili «Turizm ili» elan etmişdir. Bu məqsədlə Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasında geniş tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına daxil edilmişdir:

- «Azərbaycanda turizmin inkişafı və regional problemlər» mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi (sentyabr-oktyabr);

- Turizm təhsili alan tələbə, magistrant və doktorantların Respublika elmi konfransının keçirilməsi (noyabr-dekabr);

- Turizm təhsili alan II-III kurs fərqlənən tələbələrin təhsilini Türkiyə, Kipr Respublikalarının beynəlxalq miqyasda tanınmış ali məktəblərdə davam etdirməsinin təşkili və s.

Bookmark and Share