Mamedov Simnar Tanrıverdi oğlu

Dissertant, Coğrafiyafakültəsi, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası, Siyasi coğrafiya, tarixi və rekreasiya coğrafiyası ixtisası

E-mail: simnar86@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

1986-cü il mayın 21-də Ermənistan SSR-də, Krasnoselsk rayonunun Cil kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini 1992-2003-ci illərdə Göygöl rayonu Çaykənd kənd orta məktəbində almışdır. Ailəlidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

2003-2007-ci il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, turizm və sosial mədəni servis ixtisası bakalavriat pilləsi, bakalavr.

2008-2010- cu il, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası, turizm və sosial mədəni servis ixtisası, magistratura pilləsi, magistrant.

2012-2017-cu illər, Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası, Siyasi coğrafiya, tarixi və rekreasiya coğrafiyası ixtisası dissertant

2011-ci il, Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən birgə  layihə çərçivəsində təşkil olunmuş 7 aylıq təlim kurslarında tyutor, Rəqəmsal sertifikat fərqlənmə A

ƏMƏK FƏALİYYƏTİ

2007-2008-cu illər Hərbi xidmət.

2011-cü ilin may ayından və hal hazırda, Tyutor (Boloniya prosesi üzrə akademik məsləhətçi)

Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi.

TƏDQİQAT SAHƏSİ

Xəzər dənizinin Azərbaycan sektoru adalarında rekreasiya potensialının coğrafi qiymətləndiriləmsi

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1.”ABŞ-ın sahil kurortlarında turizmin inkişafı” ”

2.”Adalarda rekreasiya potensialının öyrənilməsi”  .

Bookmark and Share