Abbasov Cümşüd

Abbasov Cümşüd Rüstəm oğlu

Elmi dərəcəsi və hal hazirda BDU-da tutduğu vəzifəsi :
Coğrafiya elmləri namizədi, dossent
İş telefonu: +(994) 12 438-11-58

QISA BIOQRAFIK MƏLUMAT

1934-cü il aprelin 5-də Gürcüstan Respublikasının Marneuli rayonunun, Qaçağan kəndində anadan olub.1943-1954-cü illərdə Qaçağan kənd orta məktəbini bitirib. 1954-1959-cu illərdə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini bitirib. 1959-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda işləyib. 1982-ci ildən Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasında çalışır. Ailəlidir, üç övladı var.

TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI

  • 1954-1959-cu illərdə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini bitirib.
  • 1968-ci ildə „Xəzər dənizinin qalurgiya təsərrüfatının müasir vəziyyəti və inkişaf perspektivləri“ mövzusunda namizədlik dissertasiyası müdafiyə edib. 1982-ci ildən BDU - dan dosent vəzifəsində çalışır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1959-1981-ci illər, AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi və baş elmi işçi.
  • 1982-ci ildən Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasında dossent vəzifəsində çalışır.
  • Apardığı dərslər. İstehsalın texniki-iqtisadi və ekoloji əsasları, MDB-nin iqtisadi və sosial coğrafiyası, Azərbaycanın sosial və iqtisadi coğrafiyası.
  • 100-ə qədər elmi məqalənin, tədris etdiyi fənnlər üzrə proqram və dərs vəsaitlərinin müəllifidir

TƏDQİQAT SAHƏSİ

  • Azərbaycan Respublikasının və Xəzər dənizinin iqtisadi-coğrafi məsələləri

BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1998, Bakı, Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş elmi konfrans.
  • 2005, Bakı, BDU-nun Coğrafiya fakültəsinin 60-illiyinə həsr olunmuş elmi konfrans.
  • 2005, Bakı, BDU, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının aktual problemlərinə hərs olunmuş elmi konfrans.
  • 2007, Bakı, BDU akad. H.Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans.
  • 2012, Bakı. BDU prof. M. A. Museyibovun 85 illik yubleyinə həsr olunmuş konfransı

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. 2004. Azərbaycanda əhaliyə xidmət sahələrinin müasir vəziyyəti və perspektivlərinə dair. Bakı Universiteti Xəbərləri. Təbiət elmləri seriyası.
2. 2005. Azərbaycanda aqrar islahatları və kənd təsərrüfatının inkişafı və ərazi təşkili xüsusiyyətləri. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının aktual problemləri. Bakı. BDU.
3. 2006. Azərbaycanın dağlıq rayonlarının iqtisadi inkişafında arıçılığın rolu. Dağlıq rayonların tarazlı inkişaf problemləri. Coğrafiya İnstitutu.
4. 2006.Azərbaycanda elektroenergetikanın inkişafı və ərazi təşkili. BDU-nun xəbərləri.¹ .2.
5. 2008. Azərbaycan kənd təsərrüfatının inkişafında gedən dəyişikliklərin tarixi-coğrafi xüsusiyyətləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XIII cild. Bakı. Coğrafiya İnstitutu. Proqramlar:
6. 2007. İstehsalın texniki-iqtisadi və ekoloji əsasları. Coğrafiyaçı-bakalavr pilləsi üçün proqram. BDU.
7. 2007. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası. Coğrafiya-bakalavr pilləsi üçün proqram. BDU.
8. 2007. Qlobal iqtisadi inteqrasiya. Magistrlar üçün proqram toplusu. Bakı, BDU.
9. 2007.Xidmət sahələrinin coğrafiyası.Magistrlar üçün proqram toplusu.Bakı.
10. 2012. Xidmət sərvətlərindən istifadə olunmasında Azərbaycanın potensial imkanları.

KİTABLAR

  • Xəzər dənizinin iqtisadi problemləri. Bakı, 2002
  • İstehsalın texniki-iqtisadi və ekoloji əsasları. Bakı, 2004.
  • Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası. Bakı, 2005
  • İstehsalın texniki iqtisadi əsasları. Bakı, 2015
Bookmark and Share